"Baş verənlər ata kimi mənim faciəmdir" - Fəzail Ağamalı oğlu haqqında "O, partiyaya gəlməyə layiq olan adam deyil" dedi

img

26-10-2025 [00:07]


Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb. 

Mia.az xəbər verir ki, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Nəticədə qurultayda qalmaqal yaşanıb və Fəzail Ağamalı istefa vermədiyini deyərək qurultayı təxirə salıb.

Sabiq deputat oğlu ilə yaşadığı qamaqalla bağlı musavat-a açıqlama verib. Fəzail Ağamalı oğlunu partiya sədrliyi üçün "layiq olmayan adam" kimi xarakterizə edib: “O, partiyaya gəlməyə layiq olan adam deyil. O, mənim oğlumdur. Oğulla qız arasında fərqi mən qoymuram. İndi baş verənlər bir ata kimi mənim faciəmdir. Bu partiyanı onun ixtiyarına verməyə haqqım yoxdur. Bu partiyanın onun sədrliyinə keçməsindənsə, gələcək biabırçılıqlardan, xoşagəlməz vəziyyətlərdən sığortalanmaq üçün partiyanın buraxılmasını daha düzgün hesab edirəm. Siyasətdə Elçinin yeri yoxdur. Dediyi sözlərin hamısı yalandır. Ulu öndərimiz haqda indi fikir söyləyir, prezidentimizə tərif söyləyir utanmadan. Bəs siz bu günə qədər onun dövlət, dövlətçilik, milli ideyalarımız haqqında bir yazısına rast gəlmisiz? Yox. Onun xəyalları xəyal olaraq qalacaq və mən sona qədər mübarizə aparacam ki, o, partiyanın sədri olmasın”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA