Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da..." - VİDEO

img

25-10-2025 [17:51]


Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib.

Mia.az Baku TV-yə istinadən xəbər verir ki, proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.

Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.

“Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.

AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib: “Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.

Daha ətraflı videoda:


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA