Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - AÇIQLAMALAR + VİDEO, FOTOLAR (Yenilənib)
25-10-2025 [20:41]
"Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə görüntülü faktlar var”.
Mia.az əbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib. O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:
“Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdlaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəmələrə müraciət edəcəm”.
***
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları arasında gərginlik yaşanıb.
Qalmaqala səbəb Günay Ağamalı ilə Elçin Ağamalının partiya sədrliyi postu uğrunda mübarizəsi və Fəzail Ağamalının qızını dəstəkləməsidir.
F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.
Günün qəhrəmanı, AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb:
“Təşkilati məsələlər üzrə sədr müavini olmağıma baxmayaraq, qurultayın hazırlanması və gedişatı prosesində iştirak etməmişəm. Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq videogörüntülərdən də aydın görünür ki, Fəzail müəllim qurultayda açıq şəkildə istefasını elan edib və uzun illər onunla birgə fəaliyyət göstərənlərə təşəkkürünü də çatdırıb”.
Onun sözlərinə görə, proseslərin xaotik vəziyyət alması namizədlərin irəli sürülməsindən sonra başladı:
“Dörd namizəd irəli sürüldü. Günay xanımı Fəzail müəllimin özü təklif etdi. Mənim namizədliyim səsləndirildikdən sonra isə zalda gurultulu alqışlar və böyük dəstək oldu. Bunu görən Fəzail müəllim qurultayın gedişatının onun planına uyğun getmədiyini hiss etdi və prosesi pozmağa cəhd göstərdi”.
E. Ağamalı söyləyib ki, bütün bunlara baxmayaraq, əksər partiya üzvləri qurultayın işini sona çatdırdılar və orada iştirak etdilər:
“Halbuki bir çoxlarına, o cümlədən mənə qarşı təhdidlər edildi, zalın işığı belə söndürüldü. Hətta hotelin mühafizəçiləri də qurultayı pozmaq üçün zala göndərilmişdi. Bütün bunlara baxmayaraq, nümayəndələrin əksəriyyəti böyük iradə və əzmkarlıq göstərərək qurultayın işini sona çatdırdı”.
***
Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı ciddi qalmaqal və fikir ayrılığı ilə yadda qalıb.
Mia.az xəbər verir ki, qurultaydan görüntülər TNS TV-də, həmçinin Fəzail Ağamalının oğlu Elçin Ağamalı tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Videodan aydın olur ki, qurultay nümayəndələrinin bir hissəsi Elçin Ağamalını partiyanın yeni sədri elan edir və onun seçildiyini təsdiqləyirlər.
Daha ətraflı videoda:
***
Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.
Mia.az məlumatına görə, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb..
Məlumatı Fəzail Ağamalı "Qafqazinfo" saytına təsdiq edib. O, oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:
“Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq”.
Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:
“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.
***
Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib.
Mia.az xəbər verir ki, qurultayda Fəzail Ağamalı partiya sədrliyindən istefa verib.
Sədrlik uğrunda onun övladları Günay Ağamalı və Elçin Ağamalı mübarizə aparıblar.
Səsvermənin nəticələrinə əsasən, Elçin Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. 150 nəfərdən 100 nəfəri ona səs verib.
Fəzail Ağamalı qızının sədr olmasını istədikdə isə oğlu ilə arasında dava düşüb. Qurultay iştirakçıları zaldan çıxarılmaq istədikdə isə gərginlik daha da artıb.
Bu zaman Elçin Ağamalının tərəfdarları ona dəstək şüarları səsləndiriblər.
***
“Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi”.
Mia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib.
O, atasının dolayı yolla ona mane olduğunu bildirib: “Atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər”.
Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib: “Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib-istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. Yüzdən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir”.
MİA.AZ
"Baş verənlər ata kimi mənim faciəmdir" - Fəzail Ağamalı oğlu haqqında "O, partiyaya gəlməyə layiq olan adam deyil" dedi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - AÇIQLAMALAR + VİDEO, FOTOLAR (Yenilənib)
Deputat qızının ittihamlarına cavabdan yayındı: "Şər-böhtana şərh vermək istəmirəm"
Vəhdət Partiyası Adəm İsmayıla satıldı, Ana Vətən Partiyası isə... - Elbəyi Həsənli yazır
Əli Nağıyev Tbilisidə rəsmi səfərdə - FOTOLAR
Kəmaləddin Heydərovun adı kitabdan niyə çıxarılıb?
Agentlik işçiləri ilə dava: “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da..." - VİDEO
"Qeyri-etik, təhdid xarakterli..." - Deputat qardaşı ilə qurultaydakı gərginliyi belə izah edir
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Vətəni niyə sevirik?
"Oğlum yalan danışır" - Fəzail Ağamalı davadan danışdı
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
Elman Nəsirovun qızı video yaydı - Atasına ağır ittihamlar (VİDEO)
Sabah yağış yağacaq
“Aztelekom” videomüşahidə sistemi üçün 46500 manat xərcləyəcək
Prezident İlham Əliyev Tokayevə məktub göndərdi - MƏTN
Yaşlı adamı döyən market mühafizəçisinə cəza verildi
Bakıda ağacları "Ağ Amerika" qurdu basıb - Açıqlama
Xarici İşlər Nazirliyi: "Azərbaycan Qazaxıstanla tərəfdaşlığını yüksək qiymətləndirir və..."
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq - Bu tarixdə
"Zəfər Tariximiz..." - Prezident bu görüntüləri paylaşdı (VİDEO)
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ayşe Barım haqqında həbs qərarı yenidən ləğv olundu
Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
"Panatinaikos"un sükanı Rafael Benitezə tapşırılıb
"Milan" "Qalatasaray"ın hücumçusuna "göz qoyub"
CHP iki deputatı üzvlükdən xaric etdi - Səbəb + FOTOLAR
Kamal Kılıçdaroğlunun siyasi karyerası bitdi
Azərbaycan BMT ilə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
BMT-dən İsrailin Fələstin torpaqları ilə bağlı qərarına - Reaksiya
"Azercell": "Elektrik cərəyanı vurmuş şəxs bizim əməkdaş deyil"
Xabi Alonso: "O, gənc və fantastik oyunçudur"
Klub açıqlama yaydı: "Biz təslim olmayacağıq" - "Baş məşqçi istefaya göndərilməyəcək"
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTOLAR
Aİ Meta və TikTok-u cərimələməyə hazırlaşır
"Bakcell" abunəçisi 1 manatla lüks avtomobil sahibi oldu!
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov insult keçirib
Veteranlara verilən 80 manat artırılmayacaq
Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib
PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VƏ RÜTBƏ VERDİ - Sərəncam + FOTO
23 yaşlı seksual bloger narkobaron çıxdı - Yarıçılpaq halda tutuldu