İcra baçşısı qadın şikayətçini təhqir edib - obyekt uğrunda qalmaqal

img

08-09-2014 [12:42]


Şəmkir rayonunun Həzi Aslanov küçəsi ev 82 ünvanında yaşayan Əmiri Alanaq Seyranə Oruc qızı tərəfindən Mia.az-a müraciət daxil olub.

Mia.az həmin məktubu təqdim edir:

"Mənə məxsus  rayonun Cahangir Rüstəmov küçəsi ərazisində yerləşən 49 kvadrat.metr ölçüsü olan qadın bərbərxana İcra başçısı Nazim Veyisov tərəfindən qanunsuz olaraq dağıdılıb. Abadlıq işi altında aparılan bu talançılığın məqsədi ancaq o olub ki, həmin ərazidə olan marketin sahəsi böyüdülsün. Bu da başçının özünə məxsusdur. Mənə başqa yerdən torpaq sahəsi versələr də, ancaq dağıdılmış bərbərxananın burada tikilməsinə kömək edilmir. Halbuki, bərbərxana sökülməmişdən əvvəl belə razılaşdırılmışdır. Mən icra başçısı Nazim Veysovun qəbulunda olanda məni kobud söyüşlərlə söyüb təhqir elədi. Dedi ki, hara istəyirsən, şikayət et, onsuz da şikayətlər icra olunması üçün bura gələcək, mən də sənə bərbərxana tikən deyiləm. İcra başçısı Nazim Veysovun başı qarışıb talançılıqla kapital toplamağa, yadına rayonun sakinlərinin probleminin həlli düşmür. Rayonda icra başçısına şəxsən məxsus çoxlu sayda ticarət obyektləri, istehsal müəssisələri var. Nazim Veysov icra başçısı yox, komersant kimi qabaqcıldır. Bütün bunlara baxmayaraq, tamahkar icra başçısı mənim kiçik bərbər xanamı dağıtdırıb. İldən çoxdur ki, bizim ailəni işsiz, çörəksiz qoyub. Mən Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilə  müraciət edirəm.

Hörmətli Mehriban xanım, Sizdən xahiş edirəm mənim qanunu əmlakımı dağıtdıran İcra başçsı Nazim Veysov barədə tədbir görülməsinə tapşırıq verəsiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR