İKİ HAKİM ALİ MƏHKƏMƏYƏ GƏTİRİLDİ - Mili Məclis təyinatları təsdiqlədi (YENİLƏNİB)

img

24-10-2025 [11:56]


Milli Məclis Ali Məhkəməyə hakimlərin təyin edilməsini təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən namizədliyi irəli sürülən hakimlər Cəmilova Xəyalə Adil qızı və Hüseynov Zaur Nazim oğlunun vəzifələri dəyişdirilərək Ali Məhkəmənin hakimləri təyin ediliblər.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

***

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Ali Məhkəməyə hakim göndərilir.

Mia.az xəbər verir ki, bu məsələ oktyabrın 24-də Milli Məclisdə müzakirəyə çıxarılaraq təyinat həyata keçiriləcək.

Məlumata görə, Ali Məhkəmənin hakimi vəzifələrinə Cəmilova Xəyalə Adil qızı ilə Hüseynov Zaur Nazim oğlunun təqdimatları verilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA