Rusiyalı bloqer Türkiyədə evində ölü tapıldı - Axtarışa verilmişdi

img

18-10-2025 [18:01]


“Utro Daqestan” teleqram kanalının qurucusu, Rusiya hakimiyyətinə müxalif çıxışları ilə tanınan bloqer Abakar Abakarovun meyiti evində tapılıb.

Məlumata görə, Abakarov Türkiyədə icarəyə götürdüyü villada xadimə tərəfindən ölü halda aşkarlanıb. Məlumata görə, o, oktyabrın 7-də dünyasını dəyişib.

Bildirilib ki, ölümündən əvvəl Abakarov evində qonaq qəbul edib, həmin şəxs sonradan evdən iki çanta ilə evdən ayrılıb. Rəsmi qurumlar hələlik məlumatı təsdiqləməyib.

Xatırladaq ki, “Utro Daqestan” teleqram kanalı 2023-cü ildə Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra tanınıb. Həmin vaxt Qəzza müharibəsi fonunda qəzəbli izdiham Təl-Əvivdən gələn təyyarənin sərnişinləri arasında yəhudiləri axtarmaq üçün terminal və uçuş zolağına girmişdi.

Hadisə nəticəsində 24 milyon rubldan çox maddi zərər dəymiş, 100-dən artıq şəxs 4,5 ildən 10,5 ilə qədər həbs cəzasına məhkum edilmişdi. 2023-cü ilin noyabrında isə Rusiya Daxili İşlər Nazirliyi Abakarovu axtarışa vermişdi(qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA