"Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələmi" qırılıb" - "Emin Əmrullayev bu "metod"u vaxtilə Məhəbbət Vəliyevaya da tətbiq etmişdi"
17-10-2025 [09:35]
“Ümumtəhsil məktəblərinin tarifikasiyası təsdiq olunmamış, təqribən, on-on beş gün öncə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məcburi məzuniyyətə göndərildi. Eyni variantı Emin Əmrullayev vaxtilə elm və təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya da qarşı tətbiq etmişdi. Onu məcburi məzuniyyətə göndərmişdi və Məhəbbət Vəliyeva Nazirliyin binasına buraxılmamışdı. Aldığımız məlumata görə, ayın 12-də Eşqi Bağırov işə çıxmalı idi. Amma onu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə buraxmayıblar, hazırda da buraxmırlar. Belə çıxır, Eşqi Bağırovun da qələmi qırılıb və işdən azad olunacaq. Görünən budur ki, ona edilmiş bütün təzyiqlərə baxmayaraq, Eşqi Bağırov işdən çıxmaqla bağlı ərizə yazmır. Əvəzində də binaya buraxılmır. Yaxın günlərdə Eşqi Bağırovun müqavimətinin qırılacağı, əzinənin yazılacağı gözlənilir”.
Mia.az xəbər verir ki, bu sensasiyalı sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
ELŞƏN QAFAROV
“Neçə ildir Elm və Təhsil Nazirliyində funksional mövqe mübarizəsinin şahidiyik. Bu gün də xəbər yayıldı ki, “Azqranata” şərabçılıq zavodundan daha bir kadr Təhsilin İnkişafı Fonduna gətirilib. Emin Əmrullayevin “Azqranata” şirkətinə xüsusi məhəbbəti haradandır, bilmirəm. Deməli, “Azqranata” şirkətindən kadların transferi davam edir. Yəqin ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinə də növbəti kadr “Azqranata” şirkətindən gətiriləcək. Bütün bunların fonunda ölkə təhsilində vəziyyət çox bərbaddır. Yüzlərlə məktəbdə müəllim yeri boşdur, dərslər keçirilmir, bölgü tam aparıla bilməyib. Cədvəl hazır deyil. Tarifikasiya təsdiq olunmayıb. Nəticə etibarilə, məktəblərin fəaliyyəti iflic vəziyyətə düşüb. Onlarla bağlanan məktəbdə hələ də şagirdlərin taleyi məlum deyil. Hətta Lerik və Yardımlı kimi rayonlarda şagirdlərin onlayn tədrisə keçməsi ilə bağlı xəbərlər gəlir. Reallıq budur ki, ölkə təhsili bir dəstə kommersantın əlində oyuncağa çevrilib. Eşqi Bağırovun taleyinə də yaxın günlərdə aydınlıq gələcəyini gözləyirik…” – o bildirib.
Mia.az
"Mənim gəlinim aydan arı, sudan durudur" - Tovuzdakı dəhşətli ailə dramı haqda süjet (VİDEO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Orkun Kökçü "Beşiktaş"ın kapitanı oldu
Zelenski Ağ Evdə: "NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir" - Tramp isə...
Hakan Fidan suriyalı həmkarı ilə müzakirə aparıb
Keçmiş aparıcı mətbuat katbi təyin olunub
Mehdiyev hakimiyyəti ələ keçirsəydi… - TƏHLİL
"Fənərbağça" prezidenti futbolçuları bağışlayıb
GƏLƏN İLİN BÜDCƏSİ MM-ə GÖNDƏRİLDİ - 38.9 milyardlıq gəlir və...
Mehriban Əliyeva Roma Papası ilə görüşdə: "Müqəddəs Taxt-Tacla əməkdaşlığı genişləndirəcəyik" - FOTOLAR
DAHA BİR ÖLKƏDƏ SƏFİRLİYİMİZ OLACAQ - Sərəncam
Prezident İlham Əliyev fərman imzalayıb
Daxili İşlər Nazirliyində kollegiya iclası: nazir rəisləri topladı, konkret tapşırıqlar verdi - FOTO
Türkiyə Qambiyanın enerji strukturunu quracaq
Azərbaycan millisi bir pillə irəliləyib
Ərdoğan iki bələdiyyə sədrindən imtina etdi: "Bizə lazım deyillər"
Şabranda məktəbdə qadın bıçaqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Selçuk İnan: ""Konyaspor" məğlubedilməz deyil"
Ramiz Mehdiyev bu villasındadır - FOTOLAR
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılacaq? - İsa Həbibbəyli "Məhkəmə qərarını gözləyəcəyik" deyir
Departament rəisi vəzifəDən azad edilib - 6 ay əvvəl təyinat almışdı
Baş prokuror Gəncədə 73 vətəndaşı dinləyib
Peskov: "Putin və Tramp iki həftə sonra Macarıstanda görüşəcək"
Sergen Yalçın bu futbolçudan imtina etdi: "Səni istəmirəm"
Aybəniz Haşımovanın səhhətində problem yaranıb - FOTO
ABB rəhbər heyəti Veysəloğlu Şirkətlər Qrupunda qonaq olub
Əli Həsənov danışdı: "Heç bir istintaqa cəlb olunmamışam”
Vəfat edən vitse-spikerin qızı atasının mirasını açıqladı: "İnanmayanlar varsa, gəlsin..."
Maliyyə Nazirliyindən pensiya sistemi barədə - AÇIQLAMA
Professor Rafiq Mehdiyev vəfat edib
Ramiz Mehdiyevin gəlininin Tibb Universitetindəki yüksəlişi...
Türkiyənin tarixi şəhəri böyük təhlükədə: iki nəhəng göl qurudu, rəsmilər SOS verir - "Belə davam etsə..."
"Nə onların imarətini istəyirəm, nə də maşınlarını" - Məzahir Pənahovun gəlini "Oun milyonları, hər ölkədə imarətləri var" deyir
Sayt rəhbəri Baş prokurorla görüşüb: "...Rüstəm Usubovun məsuliyyət məsələsini də qaldırdım”
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
Qurban Qurbanov yeni biznesə başlayıb
Spiker həmkarına irad tutan Siyavuş Novruzova belə dedi: "Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”
Hərbi xidmətlə bağlı qanun dəyişir - Nələr olacaq?
Sabah yağış yağacaq
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı