Sergen Yalçın bu futbolçudan imtina etdi: "Səni istəmirəm"

img

17-10-2025 [15:38]


"Beşiktaş"ın sükanı arxasına keçən Baş məşqçi Sergen Yalçın bir çox futbolçuları indidən yola salmağa hazırlaşır.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, o, artıq mərkəz müdafiəçisi Qabriel Paulistanın da biletini "kəsib".

İddiaya görə, o, yanvar transfer dövründə yola salınacaq: "Sergen çox açıq şəkildə ona deyib kİ, səni daha bir komandada görmək istəmirəm".  

Məlumata əsasən, keçmiş Baş məşqçi Ole Gunnar Solskjaerin dövründə əsas heyətin dəyişməz oyunçusu olan Qabriel Paulista Sergen Yalçının təyinatından sonra ehtiyat kürsüsündə lövbər salıb.

Məlumata əsasən, təcrübəli futbolçu “Beşiktaş”ın səfərdə “Göztəpə”yə 3:0 hesabı ilə uduzduğu matçda 90 dəqiqə meydanda olub. Lakin o, “Kayserispor”, “Kocaelispor” və “Qalatasaray”la matçlarda meydana buraxılmayıb.

Xatırladaq ki, 35 yaşı tamam olan Qabriel Paulista ilə Brazilyalı komandaları maraqlanır.

Fərid ASLAN
MİA.AZ 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA