Şimali Koreya lideri: "Rusiya ilə müttəfiqlik daha da möhkəmlənəcək"

Şimali Koreya lideri: "Rusiya ilə müttəfiqlik daha da möhkəmlənəcək"

DÜNYA

07.10.2025, 17:37

Şimali Koreya lideri Kim Çen In bu gün Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məktubda o, 73 yaşı tamam olan Vladimir Putini təbrik edib.

Daha sonra Şimali Koreya lideri iki dövlət arasındakı münasibətlərin inkiaşfından söz açıb və əmin olduğunu bildirib ki, Şimali Koreya-Rusiya müttəfiqliyi daha möhkəmlənəcək: "Əminəm ki, Pxenyan və Moskva həmişə bir yerdə olacaqlar. Biz Rusiyanın milli suverenlik uğrunda ədalətli mübarizəni hər zaman dəstəkləməkdıyik və bu, sarsılmaz mpvqeyimiz gələcəkdə daha güclü formada davam edəcək".

Kim ÇenIn Rusiyaya dəstəyi qardaşlıq borcu hesab edib: "Rusiya Putin sayəsində çoxqütblü dünya nizamının formalaşmasında aparıcı rol oynayıb. Və biz Rusiya ilə ötən il imzalanmış strateji müttəfiqlik sazişinə daim sadiq qalacağıq"

Samir MUSAYEV
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR