"Bayraktar Teknoloji Azərbaycan" MMC PUA istehsalına başlayıb

img

03-10-2025 [13:08]


Türkiyənin "Baykar Makina" şirkətinin yerli törəməsi "Bayraktar Teknoloji Azərbaycan" MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

Məlumata görə, müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir.

Məhsullar hələ ki, daxili bazar üçün nəzərdə tutulub.

"Bayraktar Teknoloji Azərbaycan"a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan"ı 2022-ci ildə dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 115, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə "Baykar Makina"nın sahə koordinatoru Hüseyn Topuzdur.

"Baykar Makina" "Bayraktar" PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də "Baykar Savunma" şirkətinin texniki direktorudur(Report).

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA