Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
30-09-2025 [11:56]
Milli Məclis 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat verib.
Mia.az xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun oxuduğu bəyənat səsverməyə qoyularaq qəbul edilib.
Bəyanatda deyilir:
"2020-ci il sentyabrın 27-də başlanmış və Azərbaycan Silahlı Qüvvələrinin parlaq Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi milli tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla və dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etməklə Azərbaycan Respublikası bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, dövlətlərə münasibətdə ikili standartların hökm sürdüyü bir şəraitdə də uzaqgörən və müdrik dövlətçilik strategiyası, öz lideri ətrafında sıx birləşən xalqın qanuni maraqlarını müdafiə etmək naminə fədakarlığı ədaləti bərpa etməyə və tarixin gedişini dəyişdirməyə qadirdir.
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin əldə olunmasında həlledici rol oynamışdır. Onun irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji baxışı, cəsarəti, qətiyyəti və əzmkarlığı, sərkərdəlik məharəti döyüş meydanında uğurların təməlində dayanmışdır. Vətən müharibəsi Azərbaycan əsgərlərinin və zabitlərinin kütləvi qəhrəmanlığına və fədakarlığına səhnə olmuşdur. Hərbi qulluqçular ən yüksək peşəkarlıq, mərdlik və Vətənə sədaqət nümayiş etdirmiş, öz borclarını şərəflə yerinə yetirərək doğma torpaqlarımızı işğaldan azad etmişlər. Onların bir çoxu "Vətən Müharibəsi Qəhrəmanı" adına və yüksək dövlət mükafatlarına layiq görülmüşdür.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.
Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.
Bu qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi tarixə həkk olunmuşdur.
İşğalçılara qarşı döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların, Ermənistanın dövlət terrorizmi aktları nəticəsində şəhər və kəndlərdə qətlə yetirilmiş dinc insanların xatirəsinə ehtiram əlaməti olaraq bu il sentyabrın 27-də ölkəmizdə "Anım Günü" beşinci dəfə qeyd edilmişdir. Vətən yolunda canından keçmiş şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.
Bu gün Azərbaycan hökuməti azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpasına dair geniş miqyaslı proqramlar həyata keçirir. Ərazilər minalardan təmizlənir, işğal dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlər yenidən yaradılır, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik və su xətləri çəkilir. Bölgədə üç beynəlxalq hava limanı tikilib istifadəyə verilmişdir. "Yaşıl" energetikanın, innovativ infrastrukturun genişləndirilməsinə və ərazilərin dayanıqlı inkişafına xüsusi diqqət yetirilir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ öz yurdlarına qaytarılır. İndiyədək 50 mindən çox soydaşımız doğma torpaqlarında yenidən dinc həyata başlamışdır.
44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlər qurulmasına hazır olduğunu bəyan etmiş, sülhün bərqərar edilməsi üçün beynəlxalq hüquqa əsaslanan 5 təməl prinsip irəli sürmüşdür. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən təqdim edilmişdir.
Bu il avqustun 8-də Vaşinqtonda, Ağ evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması, "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması iki ölkə arasında münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaradır. Eyni zamanda əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilmək potensialına malikdir.
Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərt təsbit edilib. İlk nəticə kimi, Azərbaycan və Ermənistanın müraciətinə əsasən keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturları ATƏT-in Nazirlər Şurasının qərarı ilə ləğv edilmişdir. Digər şərt olan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq dəyişikliklər edildikdən sonra isə iki ölkə arasında sülh sazişinin imzalanması yolunda heç bir maneə qalmayacaq.
Milli Məclis əmin olduğunu bildirir ki, şəhidlərimizin qanı və canı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin nailiyyətləri Azərbaycan xalqının bugünkü və gələcək nəsilləri üçün daim güc və ilham mənbəyi olacaq, xalqımız öz liderinin ətrafında sıx birləşərək bölgədə güvənlik və inkişafın dayağı olan güclü, ləyaqətli və ədalətli dövlətini möhkəmləndirmək yolunda yeni-yeni uğurlar qazanacaq".
İtaliya Prezidenti Bakıda - İlham Əliyevlə görüş oldu, birgə mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
İsraildən həbs əməliyyatı: əsir mübadiləsindən azad olunan 40 fələstinli yenə saxlanılıb
TRAMP QƏZZA PLANI İLƏ BAĞLI HƏMAS-a VAXT VERDİ: "3-4 günləri var"
AYNA: böyük məbləğdə tendersiz satınalmalar və... - SİYAHI
Oktyabrın 2-dək güclü külək əsəcək - Xəbərdarlıq
Azərbaycan və Belarus baş nazirləri görüşüb - Minskdə
Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək - "Qarabağ"ın oyununa görə
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
AYNA-ya əlavə səlahiyyətlər verildi - DƏYİŞİKLİK
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident baş prokurorun müavininə ali rütbə verdi - Sərəncam
Ceyhun Bayramov ABŞ rəsmilərini qəbul edib - Müzakirə
Qəzzada itki: ölənlərin sayı artıb
“Nar”ın rəhbərliyində dəyişiklik olub
Oktyabr ayında hava necə olacaq? - Proqnoz
Mislinin 50 qəpiyə 10 min uduş, yoxsa... - Mislinin növbəti kampaniyası pis vərdişlərə dərin iz açır
Cabir İmanov dəfn edilib... - VİDEO, FOTOLAR (Yenilənib)
"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib
Peşə təhsili müəssisələrinin siyahısı genişləndirilib
“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən..." - Tahir İmanov qardaşı ilə vida mərasimində + VİDEO
Zahid Oruc yazır: "Dünya Azərbaycanın 90-cı illərini yaşayır"
“Özü 3-4 dəfə ərə gedib, həyatı pis gündədir, mənə deyir ki, niyə ərə getmirsən?" - VİDEO
"Mənə göstərilən etimada görə..." - Ayxan Abbasovdan açıqlama
Çin Türkiyənin enerji sektoruna sərmayə qoyacaq - 250 milyon dollar müəssisə qurulur
Əcnəbilərə icbari tibbdan istifadə imkanı yaradılacaq
"Azəriqaz"ın şöbə müdiri bu İnstituta prorektor təyin olundu - Nazirdən maraqlı dəyişiklik
Azərbaycan daha bir ölkədə səfirlik açacaq - Parlament qərar verdi
Rövşən Nəcəf Ayxan Abbasovla görüşdü - FOTO
Sabah yağış yağacaq
"Qalatasaray" - "Liverpul" matçı TRT 1-də yayımlanacaq
Parlamentin qanunvericilik işləri planı qəbul olunub
Madaqaskarda tez-tez işıq, su kəsildi, xalq ayağa qalxdı - Hökumət tam tərkibdə istefaya göndərildi
Qarabağ klubu: "Stadiona tez gəlin"
İzmirdə FETÖ-yə qarşı əməliyyat: 35 nəfər tutulub
Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib - TAM MƏTN
Rəsmi Bakı "Qəzza Planı"nı dəstəklədi: "İki dövlətli həllin əsasını təşkil edən..."
"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışanlar var" - Mətbuat katibi onları diqqətə almamağa çağırır
Spiker: "Bu, son dərəcə əhəmiyyətli olacaq"