"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışanlar var" - Mətbuat katibi onları diqqətə almamağa çağırır

img

30-09-2025 [11:23]


"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışan həm daxili, həm də xarici qüvvələr var."

Mia.az Report-a isinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib.

Müşavir son günlər Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı dezinformasiya xarakterli məlumatların yayılmasına da toxunub:

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa çalışan həm daxili, həm də xarici qüvvələr var. Biz bunlara qarşı bərabər mübarizə aparmalıyıq".

O, sosial şəbəkə üzərindən aparılan bu kimi kampaniyaları ciddiyə almağın tərəfdarı olmadığını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA