İsraildən həbs əməliyyatı: əsir mübadiləsindən azad olunan 40 fələstinli yenə saxlanılıb

img

30-09-2025 [18:44]


İsrail hərbçiləri bir müddət əvvəlki razılaşmaya əsasən, sərbəst buraxılan fələstinliləri yenidən həbs edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu gün İsrail təhlükəsizlik qüvvələri son mübadilə razılaşmasına əsasən azad edilmiş ən azı 40 fələstinlini yenə qandallayıb: "Onlar 2025-ci ilin yanvar-fevral ayları arasında mübadilə razılaşması çərçivəsində azad edilmişdilər. İndi təkrar aralarında 3-ü qadın olmaqla, daha 40 nəfər yenə həbs olunub...".

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA