“Qarabağ" biletin qiymətini qaldırıb

img

25-09-2025 [15:40]


“Qarabağ”ın UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi matç üçün biletlərin qiymətləri açıqlanıb.

Mia.az xəbər verir ki, qiymətlərdə Ağdam klubunun avrokubokların təsnifat mərhələsində keçirdiyi matçlara nisbətdə artım müşahidə olunub. 

Belə ki, 20 manata satılan biletlərin qiyməti artırılaraq 30 manat olub. 

Digər tərəfdən matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma müşahidə olunub. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır. 

VİP sektorlara giriş üçün də azarkeşlərə daha baha başa gələcək. VVIP C və VVIP D sektorlarının qiyməti isə 300 manatdan 500 manata yüksəlib. 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA