"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

img

25-09-2025 [11:16]


"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan "Qırmızı xətt"ə keçid mümkün olacaq.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan "Sahil" stansiyasına keçməklə "Həzi Aslanov" stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.

Metro rəsmisi xatırladıb ki, B-04 stansiyası "Bənövşəti xətt"in "8 Noyabr"dan sonrakı stansiyası olacaq.

"Dövlət Proqramına uyğun olaraq "Bənövşəyi xətt" üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, B-04 stansiyasından sonrakı B-05 stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.

"Avtovağzal" stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan "Nizami" stansiyasına keçməklə hərəkətini "Yaşıl xətt" üzrə davam etdirəcək", - deyə B.Məmmədov əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA