Ceyhun Bayramov Kaya Kallasla görüşüb - Nələr müzakirə olunub? (FOTO)

img

22-09-2025 [19:19]


Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müzakirələr zamanı hər iki tərəf Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb və gələcək inkişaf imkanlarını araşdırıb.

Mövzular arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticarət əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, davamlı inkişaf və humanitar təşəbbüslər kimi əsas sektorlarda birgə səylərin artırılması yer alıb.

Tərəflər, həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini haqqında danışıblar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA