İstanbulda saxlanılan bələdiyyə sədri haqqında qərar verildi 

img

17-09-2025 [00:38]


Bir neçə gün əvvəl İstanbulun Bayrampaşa rayon Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan bələdiyyə sədri Hasan Mutlu  və yaxın ətrafı haqqında məhkəmə qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtanbul Respublika Prokurorluğunun hazırladığ ittiham aktı üzrə keçirilən məhkəmədə  CHP-li bələdiyyə sədri başda olmaqla 20 nəfər haqqında həbsq ətimkan tədbiri seçilib.

Məlumata görə, onlar "talançılıq", "rüşvətalma", "fırıldaqçılıq" və "tender saxtakarlığı" maddələri ilə ittihamolunurlar.

Xəbərdə o da deyilir ki, saxlanılanlardan 16 nəfər isə ev dustaqlığına buraxılıb: "Bu gün isə bu iş üzrə daha 9 nəfər haqqında məhkəmə qərar verəcək".

Firidn Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA