Çempionlar Liqasında möhtəşəm tarix: "Qarabağ" "Benfika"ya qalib gəldi (Yenilənib)

img

17-09-2025 [00:55]


Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Qarabağ" səfərdə "Benfika"nın qonağı olub.

Mia.az xəbər verir ki, saat 23.00-da başlayan oyunun 6-cı dəqiqəsində ev sahiblər güncə zərbəsindən hesabı açıb - 1:0.

16-cı dəqiqədə "Benfika" daha bir qola imza atıb - 2:0

30-cu dəqiqədə "Qarabağ" fərqi azaldıb - 2:1

İlk hissə bu hesabla başa çatıb.

48-ci dəqiqədə "Qarabağ" möhtəşəm kombinasiya ilə hesaba tarazlıq gətirib - 2:2 

64-cü dəqiqədə "Qarabağ"ın vurduğu daha bir qo ofsayd səbəbindən qeydə alınmayıb.

86-cı dəqiqədə "Qarabağ" hesabda önə çıxb - 2:3

Oyun bu hesaba başa çatıb. 

"Qarabağ" turnir cədvəlində ilk 3-lükdədir.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA