"Qalatasaray" klubu hücumçuya elə təklif verdi ki... - "Menecerini dəyiş, 5 milyon al!"

"Qalatasaray" klubu hücumçuya elə təklif verdi ki... - "Menecerini dəyiş, 5 milyon al!"

İDMAN

16.09.2025, 15:37

"Qalatasaray" hücumçu Barış Alper Yılmaza yeni müqavilə təklif etməyə hazırlaşır. Lakin bunun üçün şərti var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi onların səbrini daşıran hücumçunun menecerinin dəyişdirilməsini tələbini irəli sürüb.

Məlumata əsasən, klub rəhbərliyi Barış Alper Yılmazın qarşısına çıx açıq şərt qoyub: "Sənin adına bazarlıq edən menecerini dəyiş, illik 5 milyon avro maalı müqaviləyə imza ataq".

Məlumatda hücumçunun bu təklifi qəbul edib-etmədiyi barədə heç nə deyilmir.

Xatırlaadq ki, Barış Alper Yılmaz bu mövsüm üç oyuna çıxıb. O, bu oyunlarda üç qol vurub və üç məhsuldar ötürmə verib.

Fərid Əhmədov
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR