Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq

img

11-09-2025 [11:04]


Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.

Mia.az xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik edilir. 

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.   

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Bildirilib ki, layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaətlə istifadə edilməsinə və müsabiqə iştirakçılarının məsuliyyətinin artırılmasına xidmət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA