Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb

img

09-09-2025 [10:38]


Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar  Bakıya çatıb.

Mia.az Report-a istinadla xəbər verir ki, bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA