"Beşiktaş" Vatslav Çernini transfer edir

img

01-09-2025 [16:39]


"Beşiktaş" 27 yaşlı cinah oyunçusu Vatslav Çerninin transferi üçün "Volfsburq"la anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çerninin bu axşam İstanbula gələcəyi gözlənilir.

27 yaşlı cinah hücumçusu ilə 3+1 illik müqavilə imzalanacağı gözlənilir.

Xatırladaq ki, ötən mövsümü icarə əsasında “Reyncers”də keçirən cinah oyunçusu 52 oyunda 18 qol vurub, 9 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR