MEDİA ilə "Sinxua" Xəbər Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

img

31-08-2025 [17:01]


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Çin Xalq Respublikasının "Sinxua" Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda, iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimitədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA