Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşaq... - Meyit qalıqları ekshumasiya edilib

img

30-08-2025 [13:25]


Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyit qalıqları ekshumasiya edilib.

Mia.az xəbər verr ki, bunu Report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, I Şəhidlər xiyabanında "Xocalıdan 5 yaşlı qız" adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib:

"Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA