Kerem Aktürkoğlu "Fənərbağça"ya transfer oldu - 25 milyon avro

img

29-08-2025 [16:06]


"Fənərbağça" Kerem Aktürkoğlunun transferi üçün "Benfika" ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" klubu Kerem üçün uçuş planı hazırlayır.

O, İstanbula gəlib tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

"Benfika" klubunun açıqlamasında bildirilib ki, "Fənərbağça" ilə bonuslar da daxil 25 milyon avro qarşılığında razılığa gəlinib.

Kerem Aktürkoğlu bu razılaşmadan sonra sosial şəbəkəsindən "Qalatasaray"a aid paylaşımlarını silib.

Xatırladaq ki, "Qalatasaray" Kerem Aktürkoğlunu "Benfika"ya 12 milyon avro qarşılığında satmışdı.

Fərid Əhmədov

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA