13 yaşlı qıza 30-dan çox kişi təcavüz edib - Kəmalə Ağazadə şok iddianı təsdiqlədi, "saxlanılanlar var" dedi (YENİLƏNİB)

img

28-08-2025 [17:48]


Sosial şəbəkələrdə Qax rayonunun kəndlərindən birində 13 yaşlı qıza qarşı təcavüz edilməsi ilə bağlı məlumatlar yayılıb.

Mia.az Bakıpost.az-a istinadla xəbər verir ki, iddialarda sözügedən hadisə ilə bağlı 30-dan çox çox şəxsin saxlanıldığı, bir neçə nəfərin ölkədən qaçdığı, hətta aralarında vəzifəli adamların olduğu da vurğulanıb.

Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə azyaşlının təcavizə məruz qaldığını təsdiqləyib: “Zərərçəkmiş uşaq baş verənləri valideynlərinə özü danışıb.

Təcavüz faktı təsdiqlənib və artıq bir neçə nəfər saxlanılıb”.

***

Qaxda zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb.

Mia.az xəbər verir ki, bu barədə anews.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib. 

“Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlanıb. Qax Rayon İcra Hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanın yaşadığı ailəyə baxış keçirilib, uşağın ümumi vəziyyəti qiymətləndirib. Hazırda uşağın vəziyyəti qənaətbəxşdir, hər hansı təxirəsalınmaz müdaxiləyə ehtiyac yoxdur və o, nəzarətə götürülüb”, - açıqlamada deyilir. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR