Klub prezidenti başından güllələndi - Türkiyədə + FOTO

img

28-08-2025 [09:00]


Türkiyədə ötən gecə klub prezidenti başından güllələnib

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulda baş verib.

Məlumata gərə, "Alemdağ" İdman Klubunun prezidenti Tuncay Meriç Bakı vaxtilə saat 22.00 radələrində Çekmeköydə kafedə matç izlərkən oturarkən naməlum şəxsin qəfil hücumuna məruz qalıb

Hadisənin şahidi olan Bəkir Kaya deyib ki, gənc bir adam heçnə demədən klub prezidentinə yaxınlaşaraq oturduğu yerdə onun başına atəş edib: "Dostlarımla kafedə oturmuşdum. Ayağa qalxdım ki, tualetə getdim. O an orta yaşlı bir oğlan Meriçi başından vurdu, heç bir söz demədən... Hadisədən sonra hamı çölə qaçdı, mən isə yerə yatdım..."

Məlumatda deyilir ki, Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç ağır yaralanıb: "O, xəstəxanadadır, həyatına ciddi təhlükə var".

Klubu prezidentini başından güllələyən şəxs isə hadisə yerindən qaçıb.

Firudin Səfərli
MİA.AZ

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR