Gəncənin son 7 ili: Niyazi Bayramovun rəhbərliyi ilə idarəetmədə sabitliik, inkişafda dinamika - Kafedra müdiri yazır
28-08-2025 [00:12]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi regional inkişaf siyasəti çərçivəsində ölkənin bütün bölgələrində, o cümlədən Gəncə şəhərində geniş miqyaslı islahatlar və yenidənqurma prosesləri həyata keçirilir.
2018-ci ilin avqust ayında Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə bu qədim və strateji əhəmiyyətə malik şəhərin inkişafında yeni mərhələnin əsası qoyuldu.
Ötən yeddi il ərzində Gəncədə aparılan çoxşaxəli işlər və həyata keçirilən strateji layihələr Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin yerli səviyyədə uğurla icra edildiyini nümayiş etdirməkdədir.

Bu müddət ərzində görülən işlər yalnız şəhərin fiziki simasının dəyişməsi ilə yekunlaşmamış, həm də sosial rifah, iqtisadi aktivlik, ictimai institutlarla əməkdaşlıq və mədəni irsin qorunması istiqamətində dərin və sistemli islahatlar həyata keçirilmişdir.
I. Şəhərsalma və infrastrukturun modernizasiyası
Niyazi Bayramovun rəhbərliyi ilə Gəncə şəhərində həyata keçirilən infrastruktur layihələri şəhərin tarixlə gələcəyin sintezinə əsaslanan modern bir urbanizasiya modelinə çevrilməsinə səbəb olmuşdur. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, küçə və prospektlərin əsaslı təmiri, işıqlandırma və su-kanalizasiya sistemlərinin müasirləşdirilməsi şəhərin daha funksional, təhlükəsiz və yaşıl mühitə malik məkana çevrilməsini təmin etmişdir. Bu istiqamətdə atılan addımlar Prezident İlham Əliyevin “smart şəhər”, “ağıllı idarəetmə” kimi konsepsiyalarının yerli müstəvidə həyata keçirilməsinin uğurlu nümunəsidir. Şəhər parklarının abadlaşdırılması, yeni yaşayış massivlərinin inşası və məhəllədaxili yolların təmiri Gəncənin simasını köklü şəkildə dəyişmişdir.

II. Sosial rifah və insan kapitalına yatırım
Sosial siyasətin mərkəzində dayanan əsas prinsip – vətəndaş rifahının yüksəldilməsi – Niyazi Bayramovun fəaliyyətində öz əksini real layihələrdə tapmışdır. Gəncə şəhərində son yeddi ildə bir sıra yeni təhsil müəssisələri, uşaq bağçaları, səhiyyə obyektləri inşa olunmuş və mövcud infrastruktur yenilənmişdir. Əhalinin sağlamlığının qorunması məqsədi ilə tibb ocaqları müasir avadanlıqlarla təchiz olunmuş, həkim heyətinin peşəkarlıq səviyyəsinin artırılması üçün müvafiq tədbirlər görülmüşdür. Gəncə şəhərinin insan kapitalına yönəlmiş bu strategiyası Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar kursuna sadiqliyin göstəricisidir. Xüsusi vurğulanmalı məqam isə şəhid ailələri, müharibə iştirakçıları və aztəminatlı ailələrə göstərilən dövlət qayğısıdır. Mənzil təminatı, sosial yardımlar, reabilitasiya və psixoloji dəstək proqramları ilə bu kateqoriyalara aid vətəndaşlar hər zaman diqqət mərkəzində saxlanılmışdır.
III. İqtisadiyyatın diversifikasiyası və sahibkarlığın dəstəklənməsi

Gəncə iqtisadiyyatının şaxələndirilməsi və yerli resurslardan səmərəli istifadə edilməsi istiqamətində aparılan siyasət öz real nəticələrini verməkdədir. Niyazi Bayramovun rəhbərliyi dövründə şəhərdə bir sıra sənaye müəssisələri yenidən fəaliyyətə başlamış, yeni istehsal və emal sahələri yaradılmışdır. Kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılmış şərait, vergi və inzibati prosedurların sadələşdirilməsi, investorlara göstərilən dəstək nəticəsində yerli iqtisadi fəallıq nəzərə çarpacaq dərəcədə artmışdır. Yeni yaradılmış iş yerləri, xüsusilə gənclər və qadınlar üçün əmək bazarına çıxış imkanlarını artırmışdır. Gəncənin kənd təsərrüfatı, turizm və xidmət sektorlarında formalaşdırılmış yeni iqtisadi platformalar onu yalnız region daxilində deyil, ümumrespublika səviyyəsində mühüm iqtisadi mərkəzlərdən birinə çevirmişdir.
IV. Mədəni irsin qorunması və mədəni həyatın inkişafı
![]()
Azərbaycan mədəniyyətinin beşiyi sayılan Gəncə şəhərinin zəngin tarixi və mədəni irsinin qorunması Niyazi Bayramovun fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur. Son yeddi ildə şəhərin tarixi abidələri bərpa olunmuş, mədəniyyət ocaqları əsaslı şəkildə yenilənmiş və mədəni tədbirlərin keçirilməsi üçün müasir infrastrukturlar yaradılmışdır. Mədəni həyatın canlandırılması məqsədilə keçirilən festivallar, konsertlər, poeziya günləri və sərgilər Gəncənin mədəni simasını daha da möhkəmləndirmişdir. Bu fəaliyyət Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması və dünyaya tanıdılması siyasətinin uğurlu yerli tətbiqinin nümunəsidir.
V. Şəffaf idarəetmə, ictimai əlaqə və rəqəmsal həllər

Müasir dövrdə vətəndaşlarla birbaşa və operativ əlaqə qurulması, ictimai rəyə hörmətlə yanaşılması və açıq idarəetmənin təmin olunması dövlət idarəçiliyinin əsas tələbləridir. Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun fəaliyyətində bu prinsiplərin tətbiqi sayəsində ictimaiyyətlə ünsiyyət daha strukturlaşdırılmış və sistemli xarakter almışdır. Vətəndaş müraciətlərinə operativ baxılması, səyyar vətəndaş qəbullarının, eləcə də açıq qapı günlərinin keçirilməsi, onlayn xidmətlərin genişləndirilməsi və ictimai rəyin nəzərə alınması idarəetmənin sosial legitimliyini və effektivliyini artırmışdır. Könüllülərlə iş və ictimai iştirakçılıq mexanizmləri şəhərdə fəal və məsuliyyətli cəmiyyətin formalaşmasına şərait yaratmışdır.
Nəticə: Siyasi etimadın və ictimai dəstəyin uğurlu vəhdəti
Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərdiyi yeddi illik dövr — Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrin yerli səviyyədə səmərəli icrası, strateji baxışla sistemli idarəetmənin vətəndaş məmnuniyyəti ilə vəhdət təşkil etdiyi uğurlu bir modeldir. Bu dövrdə Gəncə — müasir infrastruktur, sosial rifah, güclü iqtisadi baza, dərin mədəni həyat və şəffaf idarəetmə mühiti ilə Azərbaycanın regionları arasında özünəməxsus inkişaf yolunu keçmişdir.
Niyazi Bayramovun rəhbərliyi ilə şəhərdə aparılan işlər onu gələcəyin ağıllı, yaşıl və dayanıqlı şəhəri konsepsiyasına uyğunlaşdırmağa doğru irəlilətməkdədir. Yeddi illik fəaliyyət bir daha göstərir ki, strateji iradə, siyasi etimad və xalqa xidmət amalı birləşəndə hər bir bölgənin inkişaf potensialı maksimum səviyyədə reallaşa bilər. Gəncə şəhəri bu gün təkcə tarixin yaddaşı deyil, həm də gələcəyin modeli kimi formalaşmaqda davam edir.
Yeddi illik fəaliyyətin nəticələri göstərir ki, şəhərin inkişafı istiqamətində atılan addımlar ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməkdədir. Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Niyazi Bayramovun rəhbərliyi ilə aparılan islahatlar və layihələr bu gün Gəncənin daha modern, yaşamaq və işləmək üçün cəlbedici bir şəhər kimi formalaşmasına xidmət edir.
Sonda onu inamla söyləmək olar ki, Gəncədə yaşayan və çalışan hər kəs dövlət başçısının qayğısına, tövsiyə və tapşırıqlarına əməli işi ilə cavab verməyi özünə şərəf hesab edir. Göstərilən etimad hər zaman özünü doğruldur. Bu qədim və həmişəcavan şəhər Azərbaycanın sürətli və dinamik inkişafına öz töhfəsini verə bilir. Buna isə ən böyük stimul Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz inam, dövlətə və dövlətçiliyə tükənməz sədaqətdir.
Vətəndaşlar onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edirlər.
Bütün bunlar onu göstərir ki, xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.
ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin kafedra müdiri, texnika elmləri doktoru
MİA.AZ
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR