İsa Həbibbəylinin qızı vəzifədən azad edildi

img

25-08-2025 [16:37]


Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Mia.az Ajans.az-a istinadla xəbər verir ki, Günay Mənsimova Xırdalan şəhər 2 saylı Notariat Kontorunun rəisi olub. 

Ədliyyə Nazirliyindən bildirilib ki, Günay Mənsimovanın notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddəti 2025-ci ilin avqust ayında bitib. Əlavə olaraq da, deyilib ki, Günay Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.

Qeyd edək ki, Günay Mənsimova akademik,  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA