29-08-2014 [18:00]
Mətanət Şilder "Qafqazinfo”ya açıqlama verərək bir daha bildirib ki, bundan sonra məhkəmələrin oyuncağı olmaqdan imtina edir və heç bir prosesə qatılmayacaq. Eyni zamanda, bu işlə bağlı vəkil xidmətlərindən də imtina edir. Müraciəti olduğu kimi təqdim edirik:
"Mən, Mətanət Şilder mükəmməl mədəniyyətə, tərbiyəyə, savada, gözəl zahiri görünüşə malik, həyatının çiçəklənən anında amansızcasına qətlə yetirilmiş 20 yaşlı Vüsalın anasıyam. Bütün həyat arzularımı Vüsalla bağlamışdım. Həyat yoldaşımla Almaniyaya köçdüm. Bütün imkanlara baxmayaraq nə özüm, nə də oğlum Vüsal Avropada yaşamaq istədik. 3 illik həsrətdən sonra ailəliklə daim yaşayış üçün Azərbaycana köçdük. Hava limanından çıxdıqda ilk etdiyim hərəkət torpaq axtarmaq oldu ki, onu gözümə sürtüm. Elə də etdim. Oğlum Vüsal mükəmməl təhsil alıb, böyük biznes işləri qurub daim Azərbaycanda yaşayıb Vətəninə fayda vermək barədə düşünürdü. Saf, təmənnasız, qarşılıqlı məhəbbətinə görə onu uzun müddət təqib etdilər, başına olmazın müsibətlərini gətirdilər və sonda amansızcasına, namərdcəsinə qətlə yetirdilər. Bu müddət ərzində yalnız oğlumu qətlə yetirənlərin, sifariş verənlərin cəzalandırılmasına çalışdım. Yalnız oğlumun qanı batmasın deyə çalışdığıma görə çox müsibətlər yaşadım, yenə yolumdan dönmədim. Bu vaxtlar qatillər öz əxlaqlarına uyğun oğlumun qanı üçün "istədiyin pulu al, bu işdən əl çək” dedilər, qəbul etmədim. Ölənə qədər də oğlumun qatillərinin cəzalandırılmasını həm cavabdeh şəxslərdən tələb edəcəm, həm də hər şeyə qadir Uca Allahdan xahiş edəcəm. Saf, yüksək mədəniyyətli, təhsilli, insanları sevən, daim onlara yaxşılıq etmək istəyən, mənim yeganə qürur mənbəyim olan oğlum Vüsalı əlimdən alan, qatillərinin kef çəkməsinə şərait yaradan Azərbaycan adlı Vətənə nifrət etmək istəyirəm, ancaq bacarmıram, çünki Vüsal bu Vətəni həddindən artıq çox sevirdi.
Bu müsibətlər dövrü tanımadığım, mənim faciəmə şərik çıxan, mənə dəstək olan hər bir insana təşəkkür edirəm. Uca Allah hamınızın balalarınızı qorusun deyirəm. Bu müddət ərzində mənə vəkillik etmiş, peşəsinə sadiq, vicdanlı, heç bir təhdiddən qorxmayan, nəfsi tox, bir Azərbaycanlı Kişisi kimi mənə doğma qardaş münasibəti bəsləyən vəkil Aslan İsmayılova xüsusi təşəkkürümü bildirirəm. Məni almana ərə getməkdə suçlamaq istəyənlərə isə bildirirəm, bu müddət ərzində, oğlumun qanını batıran çox nakişilərdən fərqli olaraq həyat yoldaşım Adolf Şilder mənim oğluma əsl ata oldu, onu oğulluğa götürdü, onun Almaniya vətəndaşlığı almasına nail oldu, onu doğması kimi sevdi, ən yüksək təhsil almasına çalışdı, baş vermiş faciəni mənim qədər bölüşdü, heç nədən, heç kimdən çəkinmədən mənim namusuma sahib çıxdı və bu gün də mənimlə birlikdə Vüsalın qatillərinin cəzalandırılmasına çalışır. Vüsalın qətli ilə bağlı aparılan cinayət işində gördüklərim qanunsuzluqlar, özbaşınalıqlar, vicdansızlıqlar mənə göstərdi ki, bu işin ədalətli, qanuni araşdırılmasına cavabdeh olan şəxslər nəinki qanundan, heç Uca Allahdan da qorxmurlar. Ona görə də bundan sonra Azərbaycanda oğlumun qətli ilə bağlı heç bir işdə, qurulan teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq istəmirəm.
Bu faciə teatrında heç bir rolda çıxış etmək istəmirəm. Sadəcə, bu saxta məhkəmələrdə baş verən oyunlara, kinayə baxışlara dözə bilmərəm. Ömrümün sonunacan günahkarların cəzalandırılmasına çalışacam. Ancaq bundan sonra rahat oğlumun yanına köçə bilərəm. Dediklərimlə bağlı bildirirəm ki, oğlumun qətli ilə bağlı bu işin arxasında dayananların hansı murdarlıqlara qadir olduqlarını bildiyimdən, Aslan İsmayılova olan təhdid və təhlükələrdən qorumaq üçün onunla həyat yoldaşım Adolf Şilderlə bağladığımız müqaviləni pozuram və bu gündən sonra heç kim bizim adımızdan bu işlə bağlı hansısa fikir bildirə bilməz. Mən bir Ana kimi vicdanımı, namusumu göstərdim və mübarizəmi davam edəcəm, qoy bundan sonra bu işin ədalətli araşdırılmasına cavabdeh olan kişilər öz kişiliklərini, namuslarını göstərsinlər, bəlkə onda Uca Allah onları əfv edə”.
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı