Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov... - Onlar milyarderin övladının toyuna hazırlaşır

img

18-08-2025 [00:09]


Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun bu gün toyudur.

Mia.az xəbər verir ki, toy Moskvada təşkil olunacaq.

Qod Nisanov övladının toyuna Azərbaycandan da xeyli qonaq dəvət edib.

Toyda Rusiya ilə yanaşı azərbaycanlı məşhur müğənnilər də səhnə alacaq.

Xalq artisti Miri Yusif, Röya, Xəyyam Nisanov, Zamiq Hüseynov və başqa məşhurlar toyda sevilən mahnılarını ifa edəcəklər.

Qod Nisanovun qohum olduğu ailəyə gəlincə, bildirilir ki, iş adamı öz yaxın qohumları ilə quda olur. (Azxeber.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA