“Sabah” FK-nın baş məşqçisi azarkeşlərə “mədəniyyətsiz” dedi - Qorxaq futbolçuların Avroliqa oyunlarında sabahı olmaz (VİDEOLAR)
15-08-2025 [23:23]
“Qalib gələndə tərifləyirsiniz, məğlub olanda xoşunuza gəlmir”, - deyə dünən “Sabah” Futbol Klubunun (FK) baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərə ağıl öyrətmək istədi. Bir az da dartındı üstümüzə: “Futbolçuların qorxaq oynadığını söyləmək onlara hörmətsizlikdi”.
Klub rəhbərlərinin ildə bir-iki dəfə ordan-burdan gətirdiyi baş məşqçilərin bizi də, hələ üstəlik, azarkeşləri də bəyənməməsinin səbəbi özümüzdədi: çünki abbasqulu bəylərin nazıyla çox oynayırıq.
UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsində Bakıda bolqar klubu "Levski" ilə cavab oyununu keçirən "Sabah"ın öz qapısından 2 qol buraxaraq (ümumi hesabda 0-3) Avrokubok oyunları ilə vidalaşdığını dünən hamı, o cümlədən stadiona yığışan 6 min nəfərdən yuxarı azarkeş gördü.
Mia.az xəbər verir ki, "Sabah" bundan əvvəl səfərdə "Levski"yə 1 qol hesabıyla uduzmuşdu. İddialı Masazır klubunun Bank Respublika Arenada keçirilən oyununda birinci hissə qonaqların açıq pressinqi və ilk qolu ilə keçdi. İkinci hissədə "Sabah" hücumları artırsa da, rəqib qapısına heç bir sərrast zərbə vura bilmədi. Standart vəziyyətləri dəyərləndirmədi. Səfərdə rəqib meydançasında qorxaq oyunu evdə də davam etdirdi. İkinci hissənin sonuna yaxın qonaqlar 2-ci qolu da vuraraq “Sabah”ın Avroliqadakı sabahını bağlayandan sonra azarkeşlər kütləvi şəkildə tribunaları tərk etdi.
Büdcəsinə görə Premyer Liqa klublarının cədvəlində 3-cü yeri tutan klub Azərbaycan futbolunun inkişafı və tanınması üçün heç bir fayda verməyərək Avroliqa macərasını beləcə başa çatdırdı.
Valdas Dambrauskas artıq ikinci dəfədi ki, ispan məşqçilərlə peşəkarlıq müqayisəsində onlara uduzur. Bundan əvvəl də “Çelye”nin ispan baş məşqçisi ona taktika dərsi keçmişdi. Bu dəfə “Levski”nin ispan əsilli baş məşqçisi Xulio Velaskes göstərdi ki, meydana hazırlaşıb çıxmaqla iş bitmir. Oyun əsnasında da strateji və taktiki dəyişikliklər etmək lazımdı.
Məsələn, ispan məşqçi dedi ki, onlar rəqibin davranışına uyğun olaraq oyun zamanı müxtəlif taktika dəyişikliyi ediblər: “Biz rəqibin hərəkətlərini müşahidə edir və buna görə öz planlarımızı elə oyun vaxtı dəyişirdik. Bu, bizim dinamik üslubumuzdu, rəqibə görə anbaan dəyişə bilərik”.
Dünən özümüz də həqiqətən ispan məşqçinin əlindəki dəftərdə çəkdiyi cızma-qaralarda oyunçularına elə oyun zamanı necə taktika dəyişikliyini izah etdiyinin şahidi olduq. Bəs bizim üslubumuz, dəftərimiz, şparqalkamız, qol xəritəmiz harada idi o əsnada, Dambrauskas?
Deyirsiniz ki, indi oyunu analiz eləməyin mənası yoxdu, özümüz sonra səhvlərimizə baxıb nəticə çıxaracağıq. Kimə lazımdı bundan sonrakı o nəticə? Siz də oyun zamanı ispan Xulio kimi yerindəcə əlinizə bir şparqalka götürüb gördüyünüz səhvləri korrektə edə bilmirdinizmi? Ölkəmizə gələn qonağın əlində hər vəziyyətə uyğun xəritə var, sizsə, naməlum nəticələrlə özünüzü və azarkeşləri ovundurmağa cəhd edirsiniz.
Premyer Liqa, yaxud çempionat oyunlarında Avroliqa, yaxud o boyda azarkeş atmosferimi var? Bundan sonra nə analiz, nə müzakirə?
Guya təcrübə yığırsınız belə məğlubiyyətlərlə. Dambrauskas, dünən özünüz dediniz ki, birinci hissədə sizin boşluqları rəqib rahat gördü və ilk qoldan sonra komanda özünü toplaya bilmədi. Komandanın bir qoldan özünü itirməsinə “təcrübə” deyirlər, yoxsa, o söz?
Valdas Dambrauskas onu da deyir ki, “ən azından hesabı bərabərləşdirib intriqa yarada bilərdik oyunda”.
Mənim fikrimcə, o, futbol meydanında yox, mətbuat konfransında jurnalistlərlə öz arasında yaxşı intriqa yarada bilir.
Futbolçuların ünvanına deyilən “qorxaq” sözünü hörmətsizliyə yozan baş məşqçidən mia.az-ın əməkdaşı soruşanda ki, “bəs sizin komandanın qorxaq oyunu stadiona yığışan 6 min azarkeşə hörmətsizlik deyildimi”, Valdas Dambrauskas lap intriqanın gülünü vuraraq “Sabah”ın azarkeşlərini “mədəniyyətsiz” hesab etdi:
- Azarkeşlər çıxıb gedirsə, buna nəzarət bizim əlimizdə deyil (???- Z.M). Hər şey nəticədən asılıdı. Əgər nəticə yaxşı olsaydı, bizi alqışlayacaqdılar (təbii ki – Z.M.). Amma mən onları səbrli olmağa çağırıram. Təbii ki, üzğünəm. Ən azından hesabı bərabərləşdirib oyuna intriqa qata bilərdik. Mən onlara oyuna gəldikləri üçün təşəkkür edirəm. Düzdü, azarkeş mədəniyyətini (???? – ZM.) bir gündə yaratmaq mümkün deyil. Amma fikirləşirəm ki, biz klub olaraq daha yaxşı nəticələr əldə etdikcə, azarkeşlər də xoşbəxt olacaqlar.
Bəli, əslində bu axırıncı cümlədən başlamaq lazım ki, cənab Valdas Dambrauskas.
Bir az hörmət.
Lütfən.
Zülfiyyə Mustafayeva
Mia.az
İstanbulda qorxunc mənzərə - Narkotik qəbul edən yeniyetmələr "zombi"yə çevrildilər (FOTO)
Danimarka ordusu Trampın təcavüz ehtimalına hazırlıq görür: "ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi..."
Türkiyədə məşhur aktyor və aktrisalar saxlanıldı - SİYAHI
Paulista "Beşiktaş"dan ayrıldı: "Bu qərar asan olmadı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Politoloq: "İranda Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər"
Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR
Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - VİDEO
Şahin Bağırov polkovniki idarə rəisi təyin edib
"Azərsun"un şəkər tozu: şirinliyi niyə yoxdur? - VİDEO
"Nərimanov" metorstansiyasında kişi qatarın altına düşərək ölüb
Prezident futbol komandasına avtobus bağışlayıb - FOTO
Gəncə-Qəbələ-Gəncə qatarının qrafiki və bilet qiymətləri... - CƏDVƏL
"Şit reklamlar"a böyük pullar xərcləyən "Tamstore": qiymətlər bahadır, yoxsa? - VİDEO
Abşeronda məktəbli dəm qazından zəhərlənib
Azərbaycandan Ermənistana yenə neft məhsulları göndəriləcək
"Fənərbağça" daha bir futbolçu transfer edir
Neymarın müqavilə müddəti uzadıldı
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Prezident bu qurumlara 6,3 milyon manat ayırdı - SƏRƏNCAM
Xalq artisti Cahangir Novruzov təltif olunub - Sərəncam
Prezident onları təltif edib - SİYAHI
AMEA-nın vəzifəli şəxsləri hakim qarşısına çıxarılır - DETALLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır
GÖMRÜKÇÜLƏRİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
"Bu, ABŞ-ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər..." - TƏHLİL
Dövlət Agentliyi 279 min manata ofis icarəyə götürüb
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib
Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş": vedrə, xəkəndaz, zibil torbaları və
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycanın iki idmançısı cəzalandırılıb - Dopinqə görə
Azərbaycandan Rusiya səfirinə tələb: “Cənab səfir, bizə cavab verin”
Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi
Cəbrayılda 40 yaşlı şəxs minaya düşüb
Qazaxda yanacaq daşıyan avtomobil yanıb, ölən var
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər
“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO
"Mən satqın deyiləm, iqtidar..." - Maduronu ABŞ-a satdığı iddia olunan vitse-prezident dilə gəldi
Həbsdə olan həkim azad edilib - Məhkəmə prosesi
Azərbaycan Kubokunun 1/4 finalı: oyunların vaxtı bəlli oldu
Sabah hava necə olacaq? - Proqnoz
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...