"Leyptsiq" Romulonu transfer edib

img

15-08-2025 [15:17]


Bundesliqa təmsilçisi "Leyptsiq" "Göztepe"dən 23 yaşlı braziliyalı hücumçu Romulonu transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Leypstiq" klubu oyunçu ilə 2030-a kimi müqavilə imzalayıb.

Romulo bu barədə açıqlama verib:

"Bundesliqa dünyanın ən güclü və ən maraqlı liqalarından biridir. Mən burada özümü ən yüksək səviyyədə sübut etmək istəyirəm. Mən Leypsiqin yüksək intensivlik, sürət və təzyiqlə oynadığını bilirəm, bu da mənim sevdiyim şeydir."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA