Qazaxıstan lideri ölkəsini parşalamaq istəyən Xruşşova elə cavab verdi ki... - Türk torpaqlarını satan və qoruyan liderlər
14-08-2025 [14:08]
Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi Nikita Sergeyeviç Xruşşov (1953-1964) Qazaxıstanı parçalamaq fikrində idi. O vaxt Nikita Xruşşov Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan Jumabek Axmetoviç Taşenovdan (1960-1961) bu ideyaya münasibəti ilə maraqlanır.
Qazaxıstan türklərinin möhtəşəm lideri Xruşşova elə cavab verdi ki...
Öncə onu aydınlaşdıraq ki, Xruşşov nə etmək istəyirdi?
Qazaxıstan SSR-in beş şimal rayonu - Şimali Qazaxıstan, Kokşetau, Kostanay, Akmola və Pavlodarı Rusiyaya, Çimkənd vilayətini Özbəkistana, Manqistau vilayətini isə Türkmənistana vermək istəyirdi. İndiki Qazaxıstanın yarısı pay-puş edilirdi.
Tarixçi Karişala Asanova bu məsələ ilə bağlı yazığı kitabda Xruşşovla Taşenovun dialoqunu belə təqdim edir:
- Respublikada torpaq məsələsini yubanmadan həll etmək lazımdır. Biz yoldaş Kunayev və vilayət rəhbərləri ilə artıq danışmışıq. Onlar bizi dəstəkləyirlər. İndi Jumabek Axmetoviç, sizin fikrinizi bilmək istərdik.
Taşenov dərhal cavab verdi:
- Nikita Sergeyeviç, mən nəinki bu məsələnin həllinin qəti əleyhinəyəm, həm də bu fikrin qəti əleyhinəyəm!
Sonra “əziz Nikita Sergeyeviç” alovlandı:
- Sən kimsən ki, Siyasi Büronun qərarına qarşı çıxırsan? Başa düşürsənmi, sənsiz də biz bunu edə bilərik. Sovet İttifaqı vahid dövlətdir. Hansı ərazini hansı respublikaya verilməlidir, bunu SSRİ Ali Soveti həll edə bilər!
Taşenov gülümsəyərək cavab verdi:
- Əgər torpaq məsələsi yerli hakimiyyətin iradəsi olmadan həll oluna bilərsə, onda SSRİ Konstitusiyasına düzəlişlər edilməlidir. Konstitusiyada isə göstərilir ki, hər bir respublikanın ərazisi onun toxunulmaz mülkiyyətidir. Əgər bu müddəa pozularsa, o zaman beynəlxalq hüquqi təşkilatlara müraciət etmək hüququmuz var”.
Bu böyük şəxsiyyət 1986-cı il noyabrın 18-də Çimkənd şəhərində vəfat etdi. O torpaqların əldən çıxmasına razılıq versə idi, Qazaxıstanda yox, Özbəkistanda dünyasını dəyişmiş olacaqdı.
İndi o, Qazaxıstanın qüruru sayılan tarixi şəxsiyyətdir. Düşünün ki, o, dirəniş göstərməsəydi, Qazaxıstanın yarısı, haradasa Avropanın yarısından da böyük bir ərazi it-bata düşmüşdü.
Mən öz payıma Jumabek Taşenovun xatirəsi qarşısında baş əyirəm. Nə qədər ki, bu dünyada türk xalqı yaşayır, o, hörmət və ehtiramla yad olunacaq.
Onu da mütləq qeyd etmək lazımdır ki, Jumabek Taşenovun torpaq məsələsinə etiraz etdikdən 2 ay sonra işdən çıxarıldı. Onun yerinə Dinməhəmməd Əhməd oğlı Kunayev gəldi. O, (1960-1962 və 1964-1986) illərdə Qazaxıstan SSR KP MK-nın birinci katibi oldu.
Bəs, 1962-1964-cü illərdəki boşluq nə ilə izah olunur?
Deməli, Nikita Xruşşov bu dəfə də Jumabek Taşenova dediklərini Dinməhəmməd Kunayevə dedi. Kunayev də eynən öz sələfi kimi Qazaxıstan torpaqlarının Rusiyaya verilməsinə “yox” dedi. Ona görə də onu bir müddət işdən uzaqlaşdırdılar. Nikita Xruşşovun təklifinə “hə” deyən İsmayıl Abdurasuloviç Yusupov iqtidara gəldi. Uyğur əsilli olan bu liderin gəlişi Qazaxıstanda pis qarşılandı. Nikita Xruşşov 1964-cü ildə işdən qovuldu. Qazaxıstan torpaqlarının bölünməsi planı da Nikita Xruşşovla birlikdə dəfn olundu. Leonid Brejnev SSRİ-yə rəhbər seçildi. O da Dinməhəmməd Kunayevi öz yerinə qaytardı. Həmin təyinatdan sonra cənab Kunayev düz 22 il Qazaxıstana rəhbərlik etdi.
Sonra Nursultan Əbiş oğlu Nazarbayev ona qarşı SSRİ miqyasında kampaniya apardı. SSRİ-nin yeni lideri Mixail Sergeyeviç Qorbaçov (1985-1991) Dinməhəmməd Kunayevə qarşı çıxdı. Çünki onu Brejnevin adamı hesab edirdi. Nəhayət, SSRİ rəhbərliyi 1986-ci ilin dekabrında cənab Kunayevi etnik rus olan Gennady Vasilyevich Kolbinlə (1989-1990) əvəz etdi.
Xalq ayağa qalxdı. 1986-cı il dekabrın 16-dan 18-dək Almatıda üç günlük küçə iğtişaşları baş verdi. Bu, Qorbaçovun hakimiyyəti dövründə etnik qarşıdurmanın ilk əlamətləri idi. Müasir Qazaxıstanda bu üsyan Jeltoqsan (qazax dilində dekabr anlamını verir) adlanır.
Etirazlar zamanı KQB 8,5 min insanı həbs edərək iğtişaşı zorla yatırdı. 1700-dən çox insan yaralandı, 5,5 minə yaxın insan dindirildi, istintaqa ifadə verdi. Üstəlik, yüzlərlə insan işdən qovuldu.
Ən önəmlisi isə odur ki, qazax xalqı Qazaxıstana bir rusun rəhbərlik etməsinə imkan vermədi. Cənab Kunayev isə iqtidarda olduğu müddətdə Qazaxıstanı iqtisadi baxımdan Rusiya və Ukraynadan sonra 3-cü yerə qaldırdı. Adam möhtəşəm işlər görüb...
İndi də keçək öz kommunistlərimizə. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı nə qədər böyük problemlərlə üzləşdi. Mən hələ qondarma Dağlıq Qarabağda yaşadığımız müsibətlərdən danışmıram. Bütün bu problemlərin kökündə o dayanır ki, bizim kommunistlərdə Jumabek Taşenovdakı qeyrət olmadı.
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1870-1925) Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində ciddi işlər görüb. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi.
Nə dedi? Tarixin yaddaşında hamısı qalıb: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar”.
Bəyanatda o da qeyd edilirdi ki, Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.
Ona görə də mənim nəzərimdə Nəriman Nərimanovun adının belə Jumabek Taşenovla qoşa çəkilməsi sonuncuya təhqirdir. Türk torpaqlarını ona-buna “hədiyyə” verənlər əbədiyyətə qədər lənətlənməlidir.
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Konfrans Liqası: “Sabah”-“Levski” oyununa 6 min bilet satılıb
Kolleclərə qeydiyyat başlayıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatları rekord qırıb - Son bir həftədə
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin gündəmini açıqladı - “Onlara 1 il vaxt verəcəklər” (VİDEO)
DÜNYANIN GÖZÜ İNDİDƏN ALYASKADA - Aviabazada keçiriləcək Putin - Tramp görüşünün təfərrüatları açıqlandı
DİN vətəndaşlara səsləndi: "Artıq şikayətləri birbaşa polis rəislərinə göndərə bilərsiniz"
Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: "Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir"
Onkoloji Xəstəxanada şok olay: xadimə rüşvət yığırmış...
Hərbçilərimiz Pakistanda paradda - Azərbaycan dilində şüarlar... + VİDEOLAR (YENİLƏNİB)
Goranboyda 9-cu sinif şagirdinə təcavüz... - Məktəbin arxasında...
"Qarabağ"ın həddini aşan "Maskot"u - Niyə yoxa çıxdı?
Qazaxıstan lideri ölkəsini parşalamaq istəyən Xruşşova elə cavab verdi ki... - Türk torpaqlarını satan və qoruyan liderlər
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olundu - Sərəncam
Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb - Sərəncam
Ədliyyə Nazirliyinə daha bir səlahiyyət verildi - FƏRMAN
Prezident Dövlət Xidməti ilə bağlı fərman imzalayıb
"Kocaelispor" Can Keleşi icarəyə götürüb
Sabah hava necə olacaq? - Proqnoz
Almaniya Ukraynaya 500 milyon dollar yardım edəcək
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda müzakirə aparıb
"Köln" hollandiyalı müdafiəçi ilə müqavilə imzaladı
"Milan" belçikalı müdafiəçi transfer etdi
Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
“Sumqayıt” klubu Barkerlə anlaşıb
Mərkəzi Bank üç şirkətə icrası məcburi göstəriş verib
“Yalnız dua edirik” - Məmməd İsmayılın qızı
ABŞ-da güclü yağışlar can alıb - Biri uşaqdır
XİN: "Yaşasın Pakistan! Müstəqillik gününüz mübarək!"
Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olunub
XİDMƏT HAQQINI ÖDƏMƏYƏN SAKİNLƏR: lift xidməti hansı halda dayandırıla bilər? - Ali Məhkəmə vahid qərar verdi
Klub sahiblərinin ailəvi qonaqlığının pley-off menyusu - Qurban Qurbanov mia.az-ın əməkdaşının sualına duruxdu (VİDEO)
Xocalıda zavodda yanğın törədən şəxs tutulub
"Amedspor"dan gözlənilməz transfer - Məşhur hücumçu ilə anlaşma olub
ABŞ-da "Buynuzlu dovşan"lar artıb - Virus xəbərdarlığı (FOTO)
Böyük Britaniya Baş naziri: "Ukraynanın möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır"
"Antalyaspor" qambiyalı yarımmüdafiəçi transfer edib
Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
"Sassuolo" 26 yaşlı qapıçını icarəyə götürüb
"Antalyaspor" " argentinalı müdafiəçini heyətinə qatdı
Tramp: "Əgər Putin müharibəni dayandırmasa..."
Zelenskidən Tramp-Putin görüşü haqda açıqlama: "Hazırda ilk hədəf atəşkəsdir" - "Putinə sülh üçün daha çox təzyiq lazımdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Konfrans Liqası: türk komandası pley-off mərhələsinə yüksəldi