Sabahdan kolleclərə qeydiyyat prosesi başlayır

img

13-08-2025 [17:40]


Sabah saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Mia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA