Yevlax sakini Mingəçevirdə bıçaqlandı

Yevlax sakini Mingəçevirdə bıçaqlandı

KRİMİNAL

13.08.2025, 10:17

Mingəçevirin Nizami küçəsində 30 yaşlı şəxs bıçaqlanıb.

Mia.az xəbər verir ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü  Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.

Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR