Aparıcı Aytən Səfərovaya cinayət işi açılıb - O, nədə ittiham olunur?
12-08-2025 [09:46]
Xəzər televiziyasının aparıcısı Aytən Səfərova barəsində ölümə səbəb olan yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanıb. Hazırda istintaq prosesi davam edir.
Mia.az xəbər verir ki, məlumatı gununsesi.info əldə etdiyi rəsmi sənədlərə istinadla yayıb.
Xatırladaq ki, hadisə ötən ilin aprelində Xətai rayonu ərazisində, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. Aprıcının idarə etdiyi “Hyundai Accent”lə “Hyundai İX-35” markalı digər maşın toqquşub. Qəza nəticəsində “İX-35”də olan Ayxan Əliyev adlı gənc dünyasını dəyişib.
Bir ildən çox davam edən istintaq və ekspertiza nəticələrində qəzanın baş verməsində hər iki sürücünün günahı olduğu müəyyənləşdirilib.
Araşdırmalara əsasən, 19 yaşlı “İX-35” sürücüsü İsmayıl Məmmədov dönmə manevrini ikinci hərəkət zolağından edib və bunu qırmızı işıq yanarkən həyata keçirib. Ekspert rəyinə görə, Aytən Səfərova isə icazə verilən sürət həddini keçib. Bu qayda pozuntusu hadisənin qarşısını almaq imkanını texniki olaraq mümkünsüz edib.
Bundan başqa, müəyyən olunub ki, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib — hadisə vaxtı onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olub.
İstintaq yekununda İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələndikdə) ilə ittiham olunub. Zərərçəkmişin ailəsi ondan şikayətçi olmayıb. Məhkəmənin qərarı ilə gənc sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində 3 il müddətinə azadlıqdan məhrum edilib.
Aytən Səfərova ilə bağlı isə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (sürücülük hüququ olmayan şəxsin yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olması) üzrə ayrıca cinayət işi ayrılıb və istintaq davam edir.
ABŞ-da ticarət mərkəzində silahlı insident: 2 nəfər öldürülüb
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Joze Morinyo: "Əsas məqsədimiz pley-offa vəsiqə qazanmaqdır"
Dövlət Agentliyinə 1.5 milyon manat ayrılıb - Sərəncam
Prezident İlham Əliyev yeni fərman imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının inkişaf strategiyası təsdiqlənib
Robin Van Persi: "Mərhələni keçmək şansımızı 50% görürəm"
"Fənərbağça Basketbol" klubu Khem Birçin müqaviləsini uzadıb
Albaniya prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sistemi barədə fərman verdi - DETALLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xəzər dənizində zəlzələ olub
"Əlavə tədbirlər görülməlidir" - Əmirbəyov yeni anlaşmadan danışdı
Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi
Donald Tramp: "Onlar böyük liderlər və mənim yaxşı dostlarımdır!”
Xəzər dənizində boğulan gəncin meyiti tapılıb
Samir Məmmədov yeni vəzifəyə təyin edildi
İstanbul bələdiyyəsinin daha 13 işçisi tutulub
Barış Alper Yılmaz "Qalatasaray"dan gedir? - Təkliflər var
AAK üç nəfərə professor elmi adının verilməsindən imtina etdi
Avropa klubları En-Nesiri ilə maraqlanır
Kəlbəcərdə yük maşını dərəyə yuvarlanıb
Sülhə dəvət: İlahi və tarixi zərurət - Hacı Surxay Məmmədli yazır
Azərbaycan nefti cüzi bahalaşdı
"Kayserispor" 8 transfer birdən etdi
Şabranda yanğın törədən iki nəfər saxlanılıb
"Beşiktaş" gənc oyunçusunu icarəyə verib
Cenk "Köln"ə transfer olunub
Duşan Tadiç "Əl Vahda" komandasına keçib
Qəzzada ölənlərin sayı 61499 nəfərə çatıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyənin daha bir bölgəsində zəlzələ olub - 4 bal gücündə
İlham Əliyev Qətər Əmirinə zəng edib - Müzakirə
Arayik Harutyunyan, Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan... - Onlar yenidən hakim qarşısında
Ceyhun Bayramov Aİ rəsmisi ilə müzakirə aparıb - Telefon danışığı
Rusiyada “WhatsApp” və “Telegram”da zənglər bloklanır
Güclü külək olacaq - Xəbərdarlıq
Ukraynada çimərlikdə mina partlayıb - Ölənlər var (FOTO)
Ərdoğanla Paşinyan müzakirə aparıb - Telefon danışığı
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
Xalq artisti Röya Ayxanın atası vəfat edib