"Fənərbağça Basketbol" klubu Khem Birçin müqaviləsini uzadıb

img

12-08-2025 [12:48]


2024-2025 mövsümündə "Fənərbağça Basketbol" klubuna keçən Khem Birç ilə müqavilə müddəti uzadılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunçu ilə dahabir il müddətinə  müqavilə yenilənib.

Xatırladaq ki, Khem Birç 2024-25 mövsümü ərzində Avroliqada 36 oyununda iştirak edib, orta hesabla 5,4 xal, 4,7 ribaund, 0,7 blok 8,0 nəticə göstərib.

Basketbol Super Liqasında kanadalı 28 oyunda orta hesabla 5,9 xal, 4,1 ribaund, 0,6 blok9,4 nəticə göstərib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA