"Burda ən çox qazanan məhz Azərbaycan oldu" - "Rusiya demək istəyir ki, bölgədən sakitcə getməyəcək, İran isə..." (MÜSAHİBƏ)
11-08-2025 [12:04]
Əli Orucov: "Ankara Türk dünyasının lokomotivi olaraq bu böyük və müqəddəs missiyanı uğurla davam etdirir, Şübhə etmirəm ki, Türk dünyasının birliyi və bütövləşməsi artıq geridönüşü olmayan prosesdir"
***
Xəbər verildiyi kimi, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donald Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli tarixi bəyannamə imzalayıb.
Mia.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb, üstəlik, Zəngəzur yolu kimi tanıdığımız strateji dəhlizin Ermənistan keçən hissəsi 99 illiyə ABŞ-a icarəyə verilib. Beləlklə, Azərbaycan bu yolla Naxçıvanla tam maneəsiz və rahat gediş-gəliş imkanı da əldə edib. Üstəlik, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi ətrafında mühüm razılaşma üzərində iş başlayıb...
Bu tarixi anlaşmalarla bağlı Mia.az-ın əməkdaşı AMİP-ın fəxri sədri Etibar Məmmədovun köməkçisi, partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucovla söhbətləşib:
ƏLİ ORUCOV
- 8 avqusta Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları birgə bəyannamə tarixi hadisədir və bu, təkcə Cənubi Qafqaz üçün deyil, ümumilikdə beynəlxalq əlaqələrin inkişafında və təhlükəsizliyin qorunmasında geniş fürsətlər yaradır.
Cənubi Qafqaz dünyanın ən həssas və mürəkkəb bölgəsidir. Rusiya və İran burda dağıdıcı təsir göstərib, xalqları qarşı-qarşıya qoyub və fitnə fəsadlar törətməklə mövcudluqlarını qanlı toqquşmalar üzərində qoruyub. Cənubi Qafqazın böyük potensialına baxmayaraq qeyri-sabit durumu inkişafa mane olub, investorlar üçün riskli məkan kimi diqqət çəkməyib. Doğrudur Azərbaycan həm xarici sərmayələrin cəlbi baxımından, həm tranzit layihələrin həyata keçirilməsi baxımından xüsusi ilə fərqlənib və iqtisadi-ticari əlaqələrini genişləndirməklə kifayət qədər mövqelərini möhkəmləndirərək söz sahibinə çevrilə bilib. Lakin 44 günlük müharibədən sonra da, Ermənistan üzərindən regional və bəzi kənar güclərin Azərbaycan təsir və təzyiqləri qalmaqda idi və bu da sürətli tərəqiyyə və sabitliyin davamlı qorunmasına müəyyən problemlər yaradırdı. Bu faktorları nəzərə alan Bakı sülh siyasətini davam etdirməkdə, təşəbbüskarlığı artırmaqda idi və bu sistemli, müdrik siyasət nəhayət öz uğurlu nəticəsi verdi. Azərbaycan istəyinə çatdı. Həm Birləşmiş Ştatların simasında fövqəlgücün dəstəyini qazandı, həm də kommunikasiyaların açılmasına və regionun təhlükəsizliyinə təminat aldı.
Bu tarixi bir qələbə Moskva və Tehran rejimlərinin bölgəyə mənfi təsirlərini demək olar ki, blokladı. Burda daha görərik çox qazanan məhz Azərbaycan oldu. Azərbaycan həm Naxçıvanla Zəngəzur dəhlizi (Tramp yolu) ilə birbaşa quru sərhədlərini açır, beynəlxalq tranzit imkanlarını şaxələndirir və genişləndirir, Ermənistan üzərində effektiv təsir vasitəsi qazanır, region üzərindən gerçəkləşdirilən bütün transmilli layihələrin mərkəzi mövqeyini daha da möhkəmləndirir, İran və Rusiya kimi təhlükəli, aqressiv, davakar qonşularını Birləşmiş Ştatlar başda olmaqla beynəlxalq güclərin vasitəsi ilə cilovlayır. Təbii ki burda iqtisadi ticari və digər mənfəətləri nəzərə alsaq mənzərə tam aydın olar
- Əli bəy, Rusiya XİN sözçüsü Zaxarova səviyyəsində bu anlaşmanı alqışlayıb. Moskvanın səmimiliyinə inanmaq olarmı? İran isə açıq-aşkar xüsusən "Tramp yolu"na mane olacaqlarını deyir...
- Rusiyanın Birləşmiş Ştatlar prezidenti Tramplin vasitəçiliyi ilə üçlü görüş və imzalanan sənədlərdən Rusiya və İran ciddi surətdə narahatdırlar. Moskva öz etirazını qismən yumşaq və hiyləgər formada bildirsə də, Tehran rejimi açıq təhdid tonunda danışdı.
XİN sözçüsünün 2020-ci il, 10 noyabr Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış bəyanatı, Ermənistanla İran arasında sərhədlərin rus hərbçiləri tərəfindən qorunmasını və bu dövlətin Avrasiya İqtisadi İttifaqnın (Aİİ) üzvü olduğunu xatırlaması təsadüfi deyildi. Diplomatik dildə demək istəyir ki, Rusiya bölgədən sakitcə getməyəcək və Tramp yolunu da güzəştə getmək fikri yoxdur. İranın bəyanatları suveren bir dövlətin daxili işlərinə kobud müdaxilə və müstəqilliyinə açıq hörmətsizlik kimi qəbul edilməlidir. İrəvanın özü bilər öz ərazilərini kimin icarəsinə verir, kiminlə tərəfdaşlıq edir, milli maraqlarını necə qoruyur.
Dünənədək Ermənistanın suverenliyi və sərhədlərinin dəyişdirilməsini özünün qırmızı xətti elan edən Tehran özü həmin prinsipləri pozur. Regionda sabitliyin pozacağı hərbi güc tətbiq edəcəyi ilə hədələyir. Aydındır ki, molla rejiminin bu təhdidlırini gerçəkləşməyə gücü çatmaz. Yəni, İran başını bilə-bilə divara vurub dağıtmaz. Doğrudur, Rusiya ilə koordinasiyalı işləyərək bəzi təxribatlar törətməyə, hansısa keçici gərginlik yaratmağa çalışa bilərlər. Bundan artığı çətin ki, mümkün olsun. Sadəcə, nəhayətində böyük əhəmiyyət kəsb edən Tramp yolundan, məncə, imtiyazlar əldə etmək üçün çabalayacaqlar. Əks hərəkət isə Amerikanın əlinə İran üzərində yarımçıq qalan işini tam həyata keçirməyə və rejimi süquta aparmaq məqsədlərinə bəhanə olar. İran rejimi onsuz da ağlını itirib. Lakin hərbi avantüraya gedəcək qədər ağılsız olduğunu düşünmürəm....
- Deyə bilərik ki, İran tutduğu yanlış mövqe ilə özünü bölgədə gerçəkləşən regional layihələrdən kənarda saxlayıb?
- İranın artıq Cənubi Qafqazla bağlı sürətli dəyişikliklərdən özünü kənarda qoyduğunu söyləyə bilərik. Tehranın ritorikası məqbul deyil və bu cür davranış əməkdaşlığa aparmır. İranın regionda maraqları var və bu da başadüşüləndir. Ancaq xüsusi status və imtiyaz eşqinə düşmək onu dost və mehriban qonşuya deyil, düşmənə çevirir. Azərbaycana İranla qarşıdurmaya getmək lazım deyil, Ermənistana da lazım deyil. Məsələnin anlaşılmayan mahiyyəti ondadır ki İran regionun inkişafına, tərəqqisinə və iqtisadiyyatına təkan verəcək potensialda deyil.
Ən müasir və yüksək texnologiya və sərmayə sahib olan Qərblə rəqabətdə İran Cənubi Qafqazda əzici şəkildə uduzur. Hərbi baxımdan da rəqabətdə çox zəifdir. Yaxşı, o zaman sual yaranır hansı əsas və məntiqlə Tehran bu cür ambisiyalı davranmağa özünə rəva bilir, bu bölgəni necə özününkü hesab edə bilər?
Təbii ki bütün bunlar reallıqdan çox uzaqdır. İranın dərdi başqadır. İran həm Orta Dəhlizdən pay almaq istəyir, eyni zamanda şimal-Cənub nəqliyyat kommunikasiya xəttini xilas etməyə çalışır. Bunun üçün Hindistan Fars körfəzində böyük tutumlu liman da inşa edir. Çin 25 il ərzində 400 milyard dollar İran iqtisadiyyatına, nəqliyyat logistika layihələrinin maliyyələşdirilməsinə və digər sahələrə yatırımlar etməyi planlaşdırır.
Tramp yolunun ABŞ nəzarətinə keçməsi İranın üzərində planlaşdırılan meqalayihələrin əhəmiyyətini azaldır və riskli duruma salır. Ona görə vabank getməyi göz altına alır. Bunun da günahı Tehran rejimin yanlış tavrındadır. Əgər kompromisə gəlinsıydi, Zəngəzur dəhlizinin istifadəsinə əngəl törətməyə çalışmasaydı kənar gücün müdaxiləsinə ehtiyac qalmazdı. Dəhlizdən gələn gəlirləri və digər devidentləri də bütünlükdə region ölkələrinin rifahına və gələcəyinə istifadə olunardı. İndi artıq gecdir. İmzalar atılıb. Hüquqi baza yaradılıb, beynəlxalq dəstək mövcuddur, Tehranın hərəkətləri odla oynamaq olacaq.
- Əli bəy, ABŞ-dakı anlaşmalardan sonra sanki qardaş ölkədə bir səssizliklik və bununla yanaşı, müxtəlif siyasi fiqurların sətiraltı narazılıqları sezilir. Bəzi ekspertlər hətta türk dövlətlərini birləşdirəcək və Türkiyədən keçəcək dəhlizin "Tramp yolu" adlanmasına eyham vurmaqla, niyə bu anlaşmada Ankaranın imza sahibi olmaması kimi suallar səsləndirirlər...
- Mənim fikrimcə, Türkiyə regionda cərəyan edən son sürətli proseslərdən kənarda deyil. Məhz Zəngəzur dəhlizinin tezliklə açılmasının ən çox təşviqini və təşəbbüsü edən ölkə həm də Ankara idi. Əslində, bu yol region ölkələrinin ortaq maraqları nəzərə alınaraq açılsaydı, daha münasib olardı. Mən açığı, bu variantı mən daha məqbul hesab edərdim. Regionun problemlərini region ölkələri həll etsələr, bu, ümumi inteqrasiyanı da sürətləndirərdi və bütün sahələrin də inkişafına təkan olardı. Təəssüf ki, Ankaranın və Bakının uzun sürən cəhdləri alınmadı və məcburi gediş olaraq Rusiya, İran və bu tip digər güclərdənsə, Birləşmiş Ştatlar daha optimal variant kimi seçildi. Paşinyanın addımları daxildə və bəzi erməni diaspor təşkilatları tərəfindən tənqid olunsa da, gələcək zaman göstərək ki, doğru seçim edilib. İrəvan Kremlə və onun dəstəklədiyi daxili güclü müxalifətə qarşı immunitet qazandı. Digər tərəfdən Türk, yaxud Turan yolu adlandıran üzərindən keçən dəhlizi Birləşmiş Ştatlara 99 illik icarəyə verməklə Türk Dövlətlərinin inteqrasiyasını və nəqliyyat qovşağını Vaşinqtondan asılı vəziyyətə saldı. Paşinyan bununla etməniliyini bir daha ortaya qoydu.
Tramp isə praqmatik və reallıqları düzgün qiymətləndirir və iqtisadi ticari mənfəəti daha çox qabardır. Tutaq ki, 3 il yarımdan sonra yeni gələn ABŞ prezidenti üçün xarici siyasət kursununun əsas prioritetlər nədən ibarət olacaq bilinmir. Ancaq bu 99 illik anlaşma dəyişməz xətt olaraq qalacaq. Qaldı qardaş Türkiyəyə, bu ölkə Birləşmiş Ştatlar üçün vazkeçilməz dövlətdir və ən güclü müttəfiqlərindən biri olaraq qalacaq. Ankara hələ ki, Türk dünyasının lokomotivi olaraq bu böyük və müqəddəs missiyanı uğurla davam etdirir. Şübhə etmirəm ki, Türk dünyasının birliyi və bütövləşməsi artıq geridönüşü olmayan prosesdir və bu əlaqələr getdikcə daha da möhkəmlənir. Türkiyədə bəzi dairələrin Zəngəzur dəhlizi ilə bağlı narazılıqları və narahatlıqları, fikrimcə, başadüşüləndir. Onlar da istəyirlər ki, region davamlı və əbədi sülhə təhlükəsizliyə qovuşsun, böyük güclərin poliqonuna çevrilməsin.
Mən də istərdim ki, Zəngəzur dəhlizi Azərbaycan-Türkiyə təsir dairəsində olsun və kənar güclərin varlığına zərurət yaranmasın. Ancaq hesab edirəm ki, Zəngəzur dəhlizindən Türkiyə də yetərincə qazanacaq və qardaş ölkənin əhəmiyyəti daha da artacaq. Bu, artıq xalqları dövlətləri iqtisadiyatları bir birinə bağlayacaq vasitəyə çevriləcək. Çox böyük gözləntilər var və bunun tezliklə reallaşması, ümid edək ki, tezliklə baş verəcək.
F.ƏHMƏD
Mia.az
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətni yayıldı - NƏLƏR OLACAQ?
Xocavənd, Ağdərə və Zəngilanda meşəlik ərazilərdə yanğın: helikopterlər cəlb olunub - VİDEOLAR (YENİLƏNİB)
Kür çayının sahilində xüsusi tunel... - Fərrux İmanov saxlanılıb
"Azercell Telecom" Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmış məktəbliləri təbrik edib
SAAKAŞVİLİNİN TƏCRİD HƏYƏCANI: əsası varmı? - TƏHLİL
Xan Yunusda eyni ailədən olan 7 fələstinli ölüb
Qəzzada daha bir jurnalist həlak olub
SABİQ REKTORUN CİNAYƏT İŞİ TAMAMLANDI - İş məhkəməyə çıxarılır
“Müdafiə haqqında” qanunu dəyişib
İlham Əliyev Vladimir Feketeni ordenlə təltif etdi - Sərəncam
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək - MN açıqlama yaydı
Xocalının Xanyurdu kəndinə daha 19 ailə köçürüldü
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Prezident sərəncam imzaladı - Rauf Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
"Fənərbağça" Niko Yankoviç transferində geri addım atmağı fikirləşir
"Əl-Hilal" Darvin Nuneslə müqavilə imzaladı
PARKLANMA, İSTİRAHƏT YERLƏRİ, DAM ÖRTÜYÜ OBYEKTLƏR... - Yeni binalarla bağlı yeni qərar verildi (DETALLAR)
Enzo Millotunun yeni klubu bəlli oldu
"PSJ" 23 yaşlı qapıçı ilə müqavilə imzaladı
Artur Masuaku "Sanderlend"ə keçib
"Əl Nassr" İniqo Martinezi transfer edib
"Fənərbağça" Zinçenkonu istəyir
Sabah hava necə olacaq? - Proqnoz
141 nəfərə fəlsəfə doktoru, 14 nəfərə isə elmlər doktoru adı verilmədi - AAK-dan qərar
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
Leyla Behbudlu mətbuat katibi təyin olunub
"Burda ən çox qazanan məhz Azərbaycan oldu" - "Rusiya demək istəyir ki, bölgədən sakitcə getməyəcək, İran isə..." (MÜSAHİBƏ)
Lənkəranda yanğın törədən şəxs cəzalandırılıb
"Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimində işləyəcək
Azərbaycan Ukraynaya 2 milyon dollar yardım ayırdı - Sərəncam
İranlı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb
Məşhur aktrisanın əmisi çökən binanın altında can verib - FOTO
"Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır" - Məleykə Abbaszadədən abituriyentlərə müraciət
Türkiyədə zəlzələ: 16 bina çöküb, 230-dən çox silkələnmə var - FOTO
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək
Avstraliya Fələstin Dövlətini tanıyacaq
Cəlilabadda qadın ona hücum edən çaqqalı əli ilı boğub - VİDEO
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək - Bu tarixdə