Robin Van Persi: "Gələn həftə nə olacağını görəcəyik"

img

07-08-2025 [13:11]


"Feyenoord" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Fənərbağça"ya 2:1 hesabı ilə qalib gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Feyenoord"un baş məşqçisi Robin Van Persi oyundan sonra jurnalistlərə açıqlama verib:

"Düzgün başa düşdümsə, özümüzü cəhənnəmə hazırlamalıyıq. Kadıköydə bir çox matç oynadım və atmosfer möhtəşəm olacaq. Amma bizim stadionda həmişə eyni ab-hava hökm sürür. Bu matçdan çəkinməyəcəyik. Hələ heç nə qazanmamışıq, amma heç nə itirməmişik. Gələn həftə nə olacağını görəcəyik."

Fərid

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib