Yəməndə miqrant qayığı batıb - 55 nəfər ölüb, itkin düşənlər var

img

04-08-2025 [07:32]


Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 55 nəfər ölüb, xeyli insan itkin düşüb.

Ebyenin Zinjibar rayonunun səhiyyə idarəsinin müdiri Abdulkadir Bacmil bildirib ki, ölən və itkin düşənlər arasında Yəmən vətəndaşları da var: "Qayıqda əsasən 100-dən çox efiopiyalı miqrant olub. Onlarla adam hələ də itkindür. Onların meyitiin axtarışı davam edir".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA