29 yaşlı yarımmüdafiəçi "Göztəpə"yə keçib

29 yaşlı yarımmüdafiəçi "Göztəpə"yə keçib

İDMAN

05.08.2025, 09:01

Türkiyənin "Göztəpə" klubu yarımmüdafiəçi Efkan Bekiroğlu ilə anlaşma əldə edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu "Göztəpə" ilə 1+1 illik müqavilə imzalayıb.

Bu transferlə bağlı "Göztəpə" idman direktoru açıqlama verib:"Efkanla müqavilə imzaladığımız üçün çox şadıq. O, həm təcrübəsi, həm də keyfiyyəti ilə Türkiyə futbolunun əsas oyunçularından biridir. Onun komandamıza bir çox cəhətdən dəyər qatacağına inanırıq. Ona "Göztəpə" forması ilə uğurlar arzulayıram".

Fərid

MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR