Sabirabadda 64 yaşlı kişi azyaşlıya qarşı əxlaqsızlıq edib - Komitə araşdırmaya başlayıb

img

02-08-2025 [18:01]


Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Mia.az-a bildirilib ki, sosial şəbəkələr və xəbər saytlarında yayılan görüntülərdəki şəxsin Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı M.Hüseynovun olduğu müəyyən edilib: "Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür. Bu cür əməllərə qarşı qanunvericilik çərçivəsində ən sərt şəkildə mübarizə aparılır. Cinayət törədən şəxs layiqli cəzasını alacaq və uşaqların təhlükəsizliyinə yönəlmiş addımlar bundan sonra da qətiyyətlə davam etdiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...