Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"

Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"

İDMAN

01.08.2025, 12:48

UEFA Avropa Liqasının 2-ci Təsnifat mərhələsinin cavab oyununda “Beşiktaş”ı 2-0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdıran Ukraynanın “Şaxtyor Donetsk” komandasının baş məşqçisi Arda Turan jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arda İstanbul klubuna gələcək oyunlarda uğurlar arzulayıb:

""Beşiktaş"a gələcəkdə uğurlar arzulayıram. Ümid edirəm ki, onlar çempionluğa qədər gedəcəklər. Onlarda bu potensial var. "Beşiktaş" çox yaxşı komandadır. Bəzi matçları oynamaq çətindir. Mən Solskjaerin oyun tərzinə hörmət edirəm. Futbolda hər şeyi dəyişmək üçün vaxt lazımdır. "Beşiktaş"a qarşı çox yaxşı hazırlaşmışdıq."

Fərid

MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR