Pep Qvardiola: ""Mançester Siti"dəki fəaliyyətimdən sonra karyerama fasilə verəcəyəm"

Pep Qvardiola: ""Mançester Siti"dəki fəaliyyətimdən sonra karyerama fasilə verəcəyəm"

İDMAN

29.07.2025, 08:43

İspaniyalı baş məşqçi Pep Qvardiola İngiltərənin "Mançester Siti" klubundakı vəzifəsindən ayrıldıqdan sonra karyerasına fasilə verəcəyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:

""Mançester Siti"dəki fəaliyyətimdən sonra karyerama fasilə verəcəm. Nə qədər vaxta gedəcəyimi bilmirəm. Bir, iki, üç, beş, on və ya on beş il, əmin deyiləm. Amma "Mançester Siti"dən ayrıldıqdan sonra mütləq fasilə verəcəm, çünki özümə diqqət yetirməliyəm. Mənim uğursuzluğumu gözləyən insanlar varmı? Bəli, tamamilə. Mən xoşbəxtəm ki, bunu gözləyirlər. Bu, mənə enerji verir."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR