Azərbaycan universitetlərinin reytinq cədvəli: ciddi dinamika... - Professor yazır

img

27-07-2025 [19:25]


Saleh Məmmədov,

Professor

***

Webometrics süni intellekt proqramı yenidən dünya universitetlərin 2025-ci il üçün ikinci reytinq cədvəlini elan edib.

Reytinq sistemində dünyanın 30 min universiteti iştirak etmişdir (o cümlədən Azərbaycandan 48 universitet). Aşağıdakı cədvəldən (yazının sonunda təqdim olunub - Mia.az) göründüyü kimi, ilk onluğa düşən universitetlərin hamısı ciddi irəliləyiş əldə edib.

Birinci yeri sabit olaraq İqtisad Univesiteti tutub. 2020-ci ildə bu universitet dünya üzrə 6050-ci yeri tuturdu, cəmi beş il içində 1537-ci yerə yüksəlib.

BMU - ən çox irəliləyən universitet adını qazanıb. Keçən dövr reytinqində 5649-cu yerdə idisə, bu hesabatda 3001 dünya universitetini arxada qoyaraq, 2648-ci yerə, ölkə üzrə isə 6-cı yerə yüksəlib.

Qərbi Kaspiya universiteti ilk dəfə olaraq ölkə üzrə birinci onluğa düşmüşdü.

Üç Cənubi Azərbaycan universitetləri (Təbriz tibb universiteti -725, Təbriz universiteti-815 və Urmiyyə universiteti-1264) bizim universitetlərdən çox qabağadır. Təbriz tibb universiteti ilə Azərbaycan tibb universiteti arasında 2013 universitet var. Tibbin Cənubi Azərbaycanla müqayisədə acınacaqlı vəziyyətdə olmasında bu səbəb əsas deyilmi?

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR