24-08-2014 [23:26]
Babək prospektində yüksək sürətlə hərəkətdə olan "VAZ 2107" markalı avtomobil ər və arvadın üstündən keçib.
Mia.az APA TV-ə istinadən xəbər verir ki, onların hər ikisi yerindəcə keçinib. İki nəfərin ölümünə səbəb olan şəxs aradan çıxıb. Hadisə yerinə gələn polis burada ağlayan 4 yaşlı uşaq aşkarlayıb. Sonradan məlum olub ki, uşaq ölən şəxslərin övladıdır və o, qaranlıq küçədə bir müddət tək qalıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar Qazax rayonunun Astanbəyli kəndindən Bakıya bir müddət əvvəl tikintidə işləməyə gələn 1987-ci il təvəllüdlü Mustafayev Vüqar Vaqif oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Mustafayeva Tünzalə Arif qızıdır. Nizami rayon polisi dərhal hadisə yerindən qaçan şəxsin axtarışına başlayıb və o, öz evində tutulub. Onun avtomobili cərimə meydançasına aparılıb. Gənc ailənin faciəsinə səbəb olan şəxs Xətai rayon sakini, Kaçalov küçəsi ev 16, mənzil 9-da yaşayan 1991-ci il təvəllüdlü Mehrəliyev Elmir Arif oğludur. O, həmin gün toydan çıxdığını, içkili olduğunu deyib. Piyada keçidinin yaxınlığında maşınla nəyəsə toxunduğunu, amma bunun adam olduğunu anlamadığıı iddia edib. Elmir əgər adam vurduğunu bilsəydi heç vaxt qaçmayacağını bildirib. Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini və bunu heç vaxt özünə bağışlamayacağını etiraf edib. Nizami rayon polis idarəsindən isə bildirilib ki, hadisəni törətdikdən sonra Elmir avtomobilin işıqlarını söndürərək təhlükəsizlik kameralarına düşməmək üçün qaranlıq yollarla aradan çıxıb. Hadisə nəticəsində dünyasını dəyişən Mustafayev Vüqar Vaqif oğlunun dayısı oğlu Rauf polisə qohumunun ölən həyat yoldaşının 7 aylıq hamilə olduğunu deyib. Bu isə ekspertizanın rəyindən sonra məlum olacaq.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ