Türkiyənin ən son hipersəs ballistik raketi - “Tayfun Blok-4” + FOTOLAR

img

23-07-2025 [00:31]


Türkiyə özünün ən son qabaqcıl hipersəs ballistik raketi olan “Tayfun Blok-4”ü ictimaiyyətə təqdim edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, uzunluğu 10 metr, çəkisi 7300 kiloqram olan və uzaq məsafəni dəqiqliklə vura bilən “Tayfun Blok-4”ün ən mühüm xüsusiyyəti səsdən yüksək sürəti və çox çətin "ələ keçirilməsi"dir.

Məlumata əsasən, "Roketsan"ın yeni məhsulları İstanbul Atatürk Hava Limanında keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim edilib.

Mərasimdə çıxış edən "Roketsan"ın baş direktoru Murat İkinci tədbir iştirakçılarına "GÖKBORA", "Akata", "İHA-300", "Eren", "Şimşək-2"ylə yanaşı, "Tayfun BLOK-4"dan söz açıb. Bildirilib ki, bu il dənizaltı gəmidən yeni raketin ilk sınaq atışı həyata keçiriləcək.

Samir MUSAYEV
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA