22-08-2014 [17:35]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan "Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Proses hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib.
Virtualaz.org saytınınprosesi izləyən müxbirinin verdiyi xəbərə görə, hakim təqsirləndirilən şəxsə ifadə verməyi təklif etdi. Amma Xalid Mədətov bu günkü prosesdə ifadə verməyə hazır olmadığını dedi.
Şahid qismində məhkəmədə dindirilən Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin həkimi Kamil Məmmədov istintaqa verdiyi ifadəsini təsdiq etdi.
K.Məmmədov hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırdı: "Mərhum Brilyant Abdullayevin ölümünə ağır xəsarətlər səbəb olub. Onun ölümünə səbəb qanaxma olmayıb. Bud sümüyü, qabırğaları sınıb. Bud sümüyünün açıq sınığı və qabırğaların sınığı travmatik şok yaradır”.
Vəkil Samir İsayevin şahidə "Sizin travmatik şok barədə rəyiniz məndə şübhə oyatdı. Təlimatlarda bud sümüyünün açıq sınığının travmatik şok yaratdığı göstərilməyib. Bunu necə izah edə bilərsiniz?” sualına K.Məmmədovun cavabı bu cür oldu: "Başqa təlimatlarda göstərilib. Növbəti məhkəmə prosesində sizə göstərəcəyəm”.
Daha sonra həkim-narkoloq Samir Məmmədov ifadə verdi. O, ifadəsində Xalid Mədətovu əvvəllər tanımadığını, aralarında ədavət, düşmənçilik olmadığını bildirdi.
S.Məmmədov istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq edərək hadisə zamanı Xalid Mədətovun içkili vəziyyətdə olduğunu vurğuladı: "Yoxladım, orta dərəcəli alkoqol vəziyyətdə olması ilə bağlı rəy verdim. Özü də etiraf etdi ki, içmişəm”.
Dövlət ittihamçısı Ramazan Hadıyev:
-Xalid Mədətov hadisə zamanı içkili olmadığını deyib.
Şahid S.Məmmədov:
-Mən yoxladım, müayinə etdim, rəy verdim. Texniki metodlardan istifadə olunmasından imtina etdiyinə görə biz də kliniki metodlardan istifadə etdik.
Vəkil S.İsayev:
-Niyə bioloji müayinə götürmədiniz?
Şahid S.Məmmədov:
-Siz rəyi diqqətlə oxusanız görərsiniz. O, özü ekspertizadan keçməkdən imtina edib. Əgər imtina edirdisə, biz ondan necə bioloji müayinə götürə bilərdik?
Vəkil S.İsayev:
-Siz onu müayinə edəndə xəsarət aldığını gördünüzmü?
Şahid S.Məmmədov:
-Bəli. Alnında xəsarət vardı. Ağzından araq iyi gəlirdi. İçki içdiyini də etiraf etdi, amma müayinədən imtina etdi. Hətta iki nəfər həmin vaxt mənə yaxınlaşıb dedilər ki, içkili olduğunu yazmayın.
Hakim:
-Mədətov, sizə müayinə olunmaq təklif olunubmu?
X.Mədətov:
- Xeyr.
Hakim:
-Araq içmişdinizmi?
X.Mədətov:
-Yox. Mən içkili deyildim. Hadisənin təsirindən şokda idim.
Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov "Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi "VAZ-2106”-a çırpılıb. Nəticədə "VAZ-2106”da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev (məşhur tarzən, xalq artisti) və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.
Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.
Məhkəmə prosesi avqustun 28-də saat 14-də davam edəcək.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ