Yaşayış yeri və... - Şəxsiyyət vəsiqəsi dəyişir, deputatlar "hə" dedi
CƏMİYYƏT
14.07.2025, 11:58
Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini sonuncu oxunuşda təsdiqləyib.
Mia.az xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib.
Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.
Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.
Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.
Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Beləliklə təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YAXIN ŞƏRQ ALOVLANIR: daha bir ölkə müharibəyə qatıldı, Səudiyyə Ərəbistanıda hava və dəniz limanları vuruldu
Bugün, 00:37 GÜNDƏM
-
Kılıçdaroğlundan qurultay açıqlaması: “Namizəd olub-olmayacağımı bilmirəm”
Bugün, 00:11 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Aygün Kazımova Röya Ayxanın evində qonaq olub
13.07.2026, 23:34 ŞOU-BİZNES
-
Ceyhun Bayramov Slovakiya prezidentini Bakıda qarşıladı - FOTO
13.07.2026, 21:27 GÜNDƏM
-
Ukraynanın Baş naziri istefa verib
13.07.2026, 20:32 DÜNYA
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda sualları cavablandırdı - MÜHÜM MESAJLAR VERİLDİ (Yenilənib)
13.07.2026, 19:54 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb"
13.07.2026, 19:23 SİYASƏT
-
Tramp müharibə anonsu verdi: “Buranı ələ keçirəcəyik, daha sonra isə…”
13.07.2026, 19:00 GÜNDƏM
-
İran ordusundan ABŞ və bölgə ölkələrinə xəbərdarlıq: "Bu, müharibə elanı sayılacaq"
13.07.2026, 18:43 DÜNYA
-
Biznesmenin 4 milyon manatı... - Qalmaqallı iş üzrə məhkəmə qərar verdi
13.07.2026, 18:05 KRİMİNAL
-
Sahil Babayev onları yüksək vəzifəyə təyin etdi - FOTO
13.07.2026, 18:00 İQTİSADİYYAT
-
Hikmət Hacıyev Özbəkistan rəsmiləri ilə Şuşada görüşdü - FOTOLAR
13.07.2026, 17:56 SİYASƏT
-
Əli Əsədov Yan Sonders ilə görüşüb - MÜZAKİRƏ
13.07.2026, 17:30 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Baş katiblə müzakirə aparıb - XİN-dən açıqlama
13.07.2026, 17:27 SİYASƏT
-
DEPUTATLAR SON İCLASA TOPLANIR: 26 qanun dəyişir - SİYAHI
13.07.2026, 17:19 GÜNDƏM
-
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
13.07.2026, 17:12 CƏMİYYƏT
-
Polkovnik rəis təyin olunub
13.07.2026, 17:06 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.07.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlara dolu düşəcək - Xəbərdarlıq
13.07.2026, 16:57 GÜNDƏM
-
Xalq artisti: "Toyumuzun səhəri polis həyat yoldaşımı apardı"
13.07.2026, 16:53 ŞOU-BİZNES
-
Saxlanılan müğənni Haluk Leventdən ilk açıqlama: “Əsl “bomba”nı gözləyin” - "15 gün nazir müavininə mesaj atdım ki..."
13.07.2026, 16:41 MƏDƏNİYYƏT
-
Əli Əsədov Rusiyanın səhiyyə nazirini qəbul edib
13.07.2026, 16:37 GÜNDƏM
-
Sabah geomaqnit qasırğası gözlənilir
13.07.2026, 16:26 GÜNDƏM
-
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
13.07.2026, 16:20 SİYASƏT
-
İlber Ortaylının əşyalarını satışa çıxaran qızı geri çəkildi - AÇIQLAMA+ FOTOLAR
13.07.2026, 16:07 MƏDƏNİYYƏT
-
Ruhiyyə Əliyeva Davosda təltif olundu - VİDEO, FOTOLAR
13.07.2026, 15:55 İQTİSADİYYAT
-
İlham Əliyev jurnalistə görə maşınını saxladı - VİDEO
13.07.2026, 15:21 GÜNDƏM
-
Hikmət Hacıyev sosial media şəbəkəsinin məsul şəxsləri ilə görüşüb - Nələr müzakirə olunub?
13.07.2026, 15:13 PRESS
-
“TƏK BİR ŞƏRTLƏ BOĞAZI AÇA BİLƏRİK” – İran dünyaya mesaj verdi
13.07.2026, 14:55 GÜNDƏM
-
"Məmurlar əvvəl özləri üçün iqtisadi güc əldə edir, sonra onu ailə üzvlərinə ötürürlər" - Pis nümunə dövləti zəiflədir...
13.07.2026, 14:48 YAZARLAR
-
İlham Əliyev bu görüntüləri paylaşdı - VİDEO
13.07.2026, 14:38 PRESS
-
Baku TV süjet yaydı: məhkəmə qərar verdi, "Azəriqaz" isə... - VİDEO
13.07.2026, 14:29 CƏMİYYƏT
-
Zahid Oruc: "Daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur"
13.07.2026, 14:23 SİYASƏT